AMEA-nın yeni nizamnaməsi ümumi yığıncağın müzakirəsinə təqdim olunub
Tarix: 27.06.2014 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizamnamə Komissiyası öz işini başa çatdırıb. AMEA Rəyasət Heyətinin 18 sentyabr 2013-cü il tarixli qərarı ilə Milli Elmlər Akademiyasında Nizamnamə Komissiyasının yeni tərkibi müəyyən olunub və Akademiyanın prezidenti, akademik Akif Əlizadə həmin komissiyanın qarşısında bu elmi qurumun yeni layihəsini hazırlamaq vəzifəsini qoyub. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Nizamnamə Komissiyası il ərzində elmi-tədqiqat institutlarından, tanınmış alimlərdən alınmış təklifləri müzakirə edib. Bundan başqa, dünya Elmlər akademiyalarında gedən proseslər yaradıcı şəkildə öyrənilib, yeni nizamnamənin akademiyada aparılacaq islahat proseslərinə, inkişaf prinsiplərinə hüquqi təminat verməsi məsələlərinə xüsusi diqqət yetirilib. Eyni zamanda, Rusiya, Polşa, Qazaxıstan, Latviya, Bolqarıstan, Belarus, Özbəkistan, Çexiya, Ukrayna, Qırğızıstan respublikalarının Elmlər akademiyalarının nizamnamələri diqqətlə araşdırılaraq nəzərdən keçirilib. AMEA-da müstəqillik illərində yaradılmış regional elmi bölmələr və mərkəzlərin fəaliyyətinin, həmçinin son illərdə genişlənməkdə davam edən beynəlxalq əlaqələrin, innovasiya və sahibkarlıq fəaliyyətinin, əmlak və maliyyə məsələlərinin nizamnamə ilə tənzimlənməsilə əlaqədar olan müddəalar haqqında ilk dəfə olaraq nizamnamədə yeni bölmələr əsasında kompleks müddəalar müəyyən olunub. AMEA-nın yeni nizamnaməsi 9 aprel və 11 iyun 2014-cü il tarixlərində Rəyasət Heyətinin iclaslarında geniş müzakirə edilərək daha da təkmilləşdirilib. Bundan əlavə, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda hüquqşünas alimlərin iştirakı ilə yeni nizamnamənin müzakirəsi keçirilib. Akademiyanın Hüquqi təminat şöbəsinin təklifləri də nəzərə alınıb. Bütün bunlardan sonra AMEA-nın yekun layihəsi akademiyanın ümumi yığıncağının müzakirəsinə təqdim olunub. Təqdim edilən sənəd AMEA-nın müstəqillik dövründə hazırlanmış əsas nizamnamə layihəsidir. Axırıncı dəfə 2002-ci ildə qəbul olunmuş, 67 maddədən ibarət olan nizamnamə keçid dövründə fəaliyyəti tənzimləmək üçün nəzərdə tutulan ilkin sənəd idi. AMEA-nın hazırda 16 bölmədən və 176 maddədən ibarət olan yeni nizamnaməsi isə yeni mərhələdə ölkəmizdə elmi daha da inkişaf etdirməyə, geniş islahatlar keçirməyə təminat verməlidir. AMEA-nın yeni nizamnamə layihəsi akademiyanın ümumi yığıncağında müzakirə edilib qəbul olunduqdan sonra təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
19.11.2019
ADRA əməkdaşları beynəlxalq sertifikatla təltif olunublar
19.11.2019
Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
19.11.2019
Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb
18.11.2019
STM yeni imtahan modeli ilə bağlı hesabatını təqdim edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info