Saxta subsidiya alanlara qarşı sərt cəzalar tətbiq ediləcək
Tarix: 27.06.2014 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


“Subsidiya alanların siyahısı Kənd Təsərrüfatı Nazirliyinin saytında rayon və kəndlər üzrə yerləşdirilib. Əgər kiminsə əkin sahəsi olmadığı halda ona subsidiya verilirsə bizim qaynar xəttimizə məlumat verin, tədbir görək. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Gəncə Təchizat Bazasında fermerlərlə görüşündə bildirib. Nazir qeyd edib ki, saxta subsidiya alanları müəyyənləşdirmək üçün subsidiyaların verilməsi mexanizmi ciddi nəzarət altındadır və bu məqsədlə yeni sayt yaradılıb. H. Əsədov əlavə edib ki, üç rayonda monitorinq tipli yoxlamalar keçirilib və bir neçə təsərrüfatlarda saxta subsidiya hallarına yol verildiyi aşkar edilib: “Monitorinqlər seçmə xarakter daşıyır. Narahatedici faktlar olduğu üçün hər üç fakt Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info