Fabio Kapello: “Günahkar hakimdir“
Tarix: 27.06.2014 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


"Bu gün səhv etmədik. Qələbə qazana bilərdik. Rəqib qapıçı iki dəfə çətin vəziyyətdə topu zərərsizləşdirdi". Bu sözləri Rusiya yığmasının baş məşqçisi Fabio Kapello DÇ-2014-də bərabərə qaldıqları Əlcəzairlə oyundan sonra keçirilən mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis matçın türkiyəli hakimi Cüneyt Çakırın idarəçiliyindən şikayətlənib:
"Cərimə zərbəsindən qol buraxdıq. Hansı ki, orada kobudluq yox idi. Referi həmin epizoddan bir neçə saniyə öncə qapıçımız İqor Akinfeyevin üzünə lazer işığını salınmasına reaksiya vermədi. Günahkar hakimdir. Mən komandanı DÇ-2018-ə yox, bu oyuna hazırlamışdım. Rəqib çox yaxşı komandadır. Dünya Çempionatında belə səviyyəli komanda görməmişəm. Məncə, onlar Almaniya millisini də məğlub edə bilərlər. Kiçik bir səhv bizə baha başa gəldi. Əlbəttə, rəhbərlik istəsə, Rusiya millisində işimi davam etdirmək niyyətindəyəm". Qeyd edək ki, son oyunda Əlcəzairlə 1:1 bərabərə qalan Rusiya millisi mundialla vidalaşıb.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info