Suares üçün Dünya Çempionatı bitdi
Tarix: 27.06.2014 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Uruqvay millisinin hücumçusunun yaxın 4 ay ərzində stadionlara girişi də yasaqlanıb.
FİFA, Uruqvay millisinin hücumçusu Luis Suareslə bağlı məsələyə baxıb. Futbolçu barəsində ciddi cəza tədbirləri görülüb. FİFA-nın saytında bildirilir ki, Suares Uruqvay millisinin Dünya çempionatları çərçivəsində keçirəcəyi yaxın 9 oyununda iştirak edə bilməyəcək. Onun yaxın 4 ay ərzində futbola bağlı olan istənilən fəaliyyətinə də qadağa qoyulub. Onun bu müddət ərzində stadionlara girişi də yasaqlanıb. Bundan əlavə, Suares 100 min İsveçrə frankı məbləğində cərimə edilib. FİFA-nın bu qərarı Uruqvay-İtaliya matçında baş verən epizodla bağlı olub. Suares oyun epizodlarından birində italiyalı müdafiəçi Corco Kellinin çiynindən dişləyib. FİFA-nın İntizam Komitəsinin sədri Klaudio Sulser bu halın istənilən futbol meydanında baş verməsinin yolverilməz olduğunu vurğulayıb: “Xüsusən də yüz milyonlarla azarkeşin baxdığı dünya çempionatı zamanı. İntizam Komitəsi bu işin bütün faktorlarını nəzərə alıb və Suaresin cəza dərəcəsini müəyyən edib. Qərar açıqlandığı andan qüvvəyə minir.
Uruqvay Futbol Federasiyası FİFA-nın Luis Suareslə bağlı qərarından şikayət verməyə hazırlaşır. Bu xəbəri qurumun prezidenti Valmar Valdes də təsdiq edib: “Bu, həddən artıq sərt cəzadır. Mən son zamanlar bundan da ciddi insidentlər görmüşəm. Biz hamımız bilirik ki, Suares Uruqvay millisi və dünya futbolu üçün nə deməkdir. Suares kimi futbolçunun itirilməsi istənilən komanda üçün fəlakətdir”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info