“Obama Suriya müxalifəti üçün Konqresdən 500 milyon dollar tələb edib”
Tarix: 28.06.2014 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“The New York Times” xəbər verir ki, cümə axşamı ABŞ prezidenti Obama Suriya müxalifətinin təlim keçməsi və təchizatı üçün Konqresdən 500 milyon dollar tələb edib. Bu, Suriya konfliktinin İraqa təsir etdiyi barədə artan narahatlığı əks etdirir. Bu barədə qeyd edən jurnalist Helen Kuper bildirib ki, Obama üçün üsyançıların təlimi proqramı önəmli addımdır.
Qəzet onu da qeyd edir ki, Suriya üsyançılarına hərbi yardım göstərilməsi ideyasına qarşı davamlı müqavimət göstərib və amerikan müdaxiləsi təhlükəsi barədə xəbərdarlıq edib: “Amma hərbi müəssisələrin və Dövlət Departamentinin məmurları bildiriblər ki, üsyançıların silahlandırılması və təlimi ilə bağlı konkret proqram mövcud deyil. ABŞ administrasiyasının əməkdaşları hansı mötədil Suriya müxalifəti üzvlərini dəstəkləyəcəkləri və təlim keçəcəkləri barədə dəqiq məlumat verə bilməyiblər. Məlum olduğu kimi, Suriyada yüzlərlə ayrı-ayrı qruplar vuruşurlar.Onlar Əsəd rejiminə qarşı mübarizə aparsalar da, amma son zamanlar öz aralarında daha amansız savaşdadırlar”. “Washington Institute for Near East Policy”nin eksperti Endryu Tebler bildirib: “Fikrimcə, prezident dərk edir ki, Suriya böhranının saxlanılması gərəksizdir. Onun sözlərinə görə, “Suriya böhranı təhlükəsiz sığınacaq kimi qəbul edilən bizim ölkəmiz üçün təhdidə çevrilib”.
Obamanın xahişində deyilir ki, Pentaqon Suriya silahlı müxalifətinə kömək etməlidir ki, Suriya xalqını qorumağa qadir olsun, bölgələri stabilləşdirsin, terrorçu təhlükələri neytrallaşdırsın və münqaişənin danışıqlar yolu ilə həllini tapmasını təmin etsin”. Qəzetin fikrincə, ABŞ administrasiyası təxminən 5 milyard dollarlıq əks-terror fondunun yaradılması planını konkret formaya salmağa çalışır. Mayda Obama bu fondun yaradılması barədə gözlənilmədən açlıqlama vermişdi.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
15 min ev bir gündə yandı
18.08.2019
Kabildə toy mərasimində partlayış
17.08.2019
İzmirdә 106 qeyri-qanuni miqrant saxlanılıb
17.08.2019
İndoneziya prezidenti ölkənin paytaxtını dəyişmək istəyir
17.08.2019
Myanmada torpaq sürüşmәsi nәticәsindә hәlak olanların sayı 69 nәfәrә çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info