“The Financial Times”: “İtaliya Rusiyaya qarşı sanksiyaların əleyhinədir”
Tarix: 28.06.2014 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


İtaliya dövləti cümə günü Avropa Birliyi sammitində Rusiyaya qarşı sanksiyaları genişləndirmək cəhdi ilə çıxış edən Amerika və Almaniya dövlətlərindən fərqli olaraq bu sanksiyaları məhdudlaşdırmağa çağırış edən bir qrup dövlətin lideri kimi çıxış edib. Roma bir daha təkid edib ki, Avropa Birliyinin diplomatik səyləri Ukrayna prezidenti Peter Poroşenkonun sülh sazişinin yaradılmasına yönəlməlidir.
Bu arada Vaşinqton Rusiya iqtisadiyyatının bütün sektorlarına, o cümlədən enerji, maliyyə və müdafiə sahələrinə yeni sanksiyaların tətbiq edilməsi üçün Avropa Birliyini təhdid edir. Bu məqsədlə çərşənbə günü Brüsseli ziyarət edən amerikalı koordinator Dan Fried bəyan edib ki, ABŞ Moskvaya qarşı say hesabı ilə “üçüncü səviyyəli sanksiya”lar tətbiq etməyə hazırlaşır. Lakin o, bunu, amerikalı koordinatorun da sammit iştirakçılarının nəzərinə çatdırdığı kimi, Avropa İttifaqı ilə birlikdə həyata keçirməyə ümid edir.
Qeyd edək ki, Avropa İttifaqı siyasətinin formalaşmasında mühüm rollardan birini oynayan Almaniya, son vaxtlar Kremldən gələn barışıq jestlərinə baxmayaraq, Moskvaya qarşı öz mövqeyini daha da sərtləşdirib və geniş təhdidli sanksiyalara rəvac verib.
«Tərəqqi hələ ki, aydın deyil. Hər şey bizim istədiyimiz kimi alınmadı, barışıq təxminən yeddi gün davam etdi. Qarşıdakı saatlarda bizim necə hərəkət edəcəyimiz, sanksiyalar vasitəsilə hansı tərəqqinin əldə olunduğunu müzakirə edəcəyik», -deyə sammitdən əvvəl keçirilən görüşdə Almaniya kansleri Angela Merkel bildirib.
Ukraynanın yeni prezidenti Poroşenko da cümə axşamı barışığın təhlükə qarşısında qaldığını, “barışığın davam etdiyi son həftə ərzində 18 ukraynalı əsgərin öldürüldüyünü, 27 əsgərin isə yaralandığını” narahatlıqla nəzərə çatdırıb.
O, həmçinin Moskvanın sülh planlarına sözdə yox, əməldə dəstək verməyə çağıraraq, Rusiya tərəfində sərhəd üzərindəki nəzarəti gücləndiriməyə, hərbi texnika axınını dayandırmağa və ən nəhayət, ordunu Ukrayna sərhədlərindən geri çəkməyə çağırış edib.
Nəzərə çatdıraq ki, bu arada Donetsk və Luqanskın separatçı liderləri “Yeni Rusiya” adlı yeni konfederasiyada birləşdiklərini elan ediblər. Konfederasiyada təmsil olunan parlamentin yeni rəhbəri Oleq Sarev cümə axşamı “Financial Times”a Ukrayna ordusunun bu ərazilərdən çəkilməsini istədiklərini bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info