İmtahanlara gələnlərin məsuliyyəti artıb?
Tarix: 28.06.2014 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013 və 2014-cü illər üzrə keçirilən buraxılış imtahanlarının müqayisəli təhlilini aparıb. TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirdi ki, 2013-cü ildə IX siniflər üzrə buraxılış imtahanı verən şagirdlərin ümumi balı 25 bal olubsa, 2014-cü ildə bu nəticə 25,94 baldır. Onun sözlərinə görə, 1 il ərzində şagirdlərin ümumi balı arasındakı fərq 0,94 bal yüksək olub: “Burada müəyyən irəliləyiş var. Buraxılış imtahanında müvəffəq qiymət alanların faizini də müqayisə etsək görərik ki, 2013-cü ildə bu rəqəm 58,41%, 2014-cü ildə 62,15% olub. Burada təxminən 3,74% artım olub. Mən deyə bilmərəm ki, sıçrayış olub, amma balları hesablayanda kifayət qədər müsbət nəticələrin olduğu görünür”.
XI sinif şagirdlərinin nəticələrinə gəlincə, TQDK sədri qeyd etdi ki, 2013-2014-cü il ərzində şagirdlərin ümumi balı arasında fərq 1,81 olub. Onun sözlərinə görə, müvəffəq qiymət alanların faizi isə 2014-cü ildə 74,19%, 2013-cü ildə 72,14% olub: “Burada biz 2% müsbətə doğru fərq görürük. Azərbaycan dili fənnindən fərq IX sinifdə 2%-dirsə, XI sinifdə 4%, Rus dilindən IX sinifdə 5%, XI sinifdə 11%, Riyaziyyatdan IX sinifdə 0,28%, XI-də 2, 02%-dir. Bu, cüzi olaraq müsbət rəqəmlərdir. Amma prosesin müsbət istiqamətdə getməsini bizə xəbərdarlıq edir. Mən deyə bilmərəm ki, sıçrayış olub. Bu isə onu göstərir ki, imtahanlara gələnlərin məsuliyyəti artıb. Yəqin ki, tədris prosesində də hansısa dəyişiklər olub ki, bizdə indi bu müsbət rəqəmlər var. Biz bunu daha geniş halda öz şərhlərimizlə bütün imtahanlar bitəndən sonra ictimaiyyətə çatdırılacaq. Bu, buraxılış imtahanı ilə bağlı ilkin məlumatlardır”.

İyulda keçiriləcək qəbul imtahanlarında 60 minə yaxın abituriyent imtahan verəcək
TQDK sədri onu da bildirdi ki, iyun ayında Azərbaycanda 200 mindən çox şagird buraxılış imtahanlarında iştirak edib. Bu buraxılış imtahanları hər bir imtahan verənlərin yaşadığı ərazidə aparılıb. Onun sözlərinə görə, bu imtahanların keçirilməsi təşkilatı nöqteyi-nəzərdən kifayət qədər mürəkkəb proses idi: “Amma yerlərdə olarkən görürük ki, təəssüflər olsun ki, abituriyentlər, onların valideynləri çox zaman bizim məlumatları, qaydaları düzgün bilmirlər. Onlar rəsmi qaydaları bilmədikləri üçün müəyyən səhvlər edirlər. Qaydanı bilməmək, hansısısa şərti yerinə yetirməmək abituriyentin taleyinə də müəyyən mənfi təsir göstərə bilər”. M.Abbaszadə iyulda keçiriləcək qəbul imtahanları barədə məlumat verdi. O qeyd etdi ki, iyulun 12-də keçiriləcək I və IV ixtisas qrupları üzrə qəbul imtahanında bu ilin 28 955 XI sinif məzunu iştirak edəcək. O bildirdi ki, II və III ixtisas qrupları üzrə iyulun 20-də imtahanda isə 31 465 nəfər imtahan verəcək. Rus bölməsi məzunları üçün Azərbaycan dili imtahanının isə iyulun 3-də keçiriləcəyini deyən komissiya sədrinin sözlərinə görə, bu imtahanda 1216 nəfər iştirak edəcək.

İyunun 29-da keçiriləcək eksternat imtahanda 5406 şagird iştirak edəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da buraxılış imtahanları keçirəcək. M.Abbaszadə bildirdi ki, imtahan respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçiriləcək.
Onun sözlərinə görə, bu imtahanlarda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmayıb, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət edib və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən bu il keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər iştirak edəcəklər: “İmtahanlarda ümumilikdə 9 və 11-ci siniflər üzrə 5406 şagirdin iştirakı gözlənilir. 9-cu siniflərin buraxılış imtahanında iştirakı nəzərdə tutulan 2194 şagirddən 1932 nəfəri Azərbaycan, 262 nəfəri rus bölməsində təhsil alır, onların 1419 nəfəri oğlan, 775 nəfəri qızlardır. 11-ci siniflərin buraxılış imtahanında iştirakı nəzərdə tutulan 3212 şagirddən 2930 nəfəri Azərbaycan, 279 nəfəri rus bölməsinin şagirdləridir. Onların 2592 nəfəri oğlan, 620 nəfəri qızlardır. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər”.

Elə ali məktəblər var ki, orada qeydiyyatdan keçən magistr
yoxdur

TQDK sədri onu da qeyd etdi ki, ali məktəblərin magistraturalarına qəbul olanların qeydiyyat prosesi başlayıb: “Lakin təəssüflər olsun ki, hələ də elə ali məktəblər var ki, orada heç 0% magistrlər qeydiyyatdan keçməyib”. Onun sözlərinə görə, qeydiyyat prosesi təxminən 2-3 gündür davam edir. TQDK sədri qeyd edib ki, magistrlərin qeydiyyatı prosesi iyulun 10-dək davam edəcək və bu müddətdə qeydiyyatdan keçməyənlərin yeri boş yerlər kimi qeydə alınacaq və yenidən elan olunacaq: “Bu vaxta kimi Bakı Dövlət Universitetində magistraturaya qəbul olunan 630 nəfərdən yalnız 5 nəfər keçib ki, bu da heç 1% etmir. Yalnız Azərbaycan Texniki Universitetindən 11% qeydiyyatdan keçib. Belə ki, orada magistraturaya qəbul olan 200 nəfərdən 26 nəfəri qeydiyyatdan keçib və bu da aşağı rəqəmlərdir. Magistrlərin ali məktəblərdəki qeydiyyatı iyulun 5-də başa çatır və bu müddət ərzində magistrlər ali məktəblərə qeydiyyat üçün müraciət etməlidirlər”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info