“Ermənistanın işğalçılıq siyasəti ifşa olundu”
Tarix: 28.06.2014 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Musa Qasımlı: "Prezident öz nitqi ilə müasir dövrün görkəmli dövlət xadimlərindən biri olduğunu təsdiqlədi"
“Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nitqi müstəqil Azərbaycan dövlətinin diplomatiya tarixinin şərəfli səhifələrindən biridir”.
Bunu “SİA”ya millət vəkili, professor Musa Qasımlı deyib. Parlament üzvünün sözlərinə görə, cənab Prezident öz nitqi ilə müasir dövrün görkəmli dövlət xadimlərindən biri olduğunu təsdiqlədi: “Bu tək dövlət başçısının nitqi deyil, eyni zamanda Azərbaycan Respublikası dövlətinin bir daha təqdimatı idi. Avropa Şurasına üzv olan ölkələr, eləcə də cənab Prezidentin nitqi haqqında məlumatı yayan digər ölkələrin kütləvi informasiya vasitələri Azərbaycan haqqında tam dolğun məlumata malik oldular. Ölkə rəhbərinin nitqi ilə mən bir Azərbaycanlı olaraq qürur duydum. Bu AŞPA-dakı nitqdən və Fransaya səfərdən sonra Azərbaycan Prezidentinin hərbi təlimlərdə iştirakı etməsi bir daha göstərdi ki, diplomatiya gücə arxalanmalıdır. Bu gün Azərbaycan dövləti güclü bir dövlətdir. Ermənistanın narahatlığına gəlincə isə burada hər şey aydındır. Ermənistan təcavüzkar dövlətdir, Azərbaycan ərazilərini işğal edib və burada etnik-təmizləmə siyasəti yürüdüb. Ermənistan terroru dünya səviyyəsində himayə edən dövlətdir. Ermənistanın müasir dünya qaydalarına uymayan siyasəti ölkə başçısının nitqində öz əksini tapdı. Hesab edirəm ki, Prezident İlham Əliyev bu nitqi ilə Ermənistana öldürücü diplomatik zərbə endirmiş oldu, işğalçı dövləti ifşa etdi. Eyni zamanda Azərbaycan həqiqətlərini dünyaya çatdırdı”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info