“Qonşuluğumuzda, tarixi torpaqlarımızda qırğınların təkrarlanması üçün Qərbə imkan verə bilmərik”
Tarix: 30.06.2014 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


“Yalnız səmimi və açıq dialoq Ukraynadakı vəziyyəti sabitləşdirəcək”. Bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü yay sessiyası çərçivəsində keçirilən plenar iclasda deyib.
S.Narışkin qeyd edib ki, bütün bəlaların səbəbini Rusiyanın üstünə yıxmaqla münaqişənin, problemin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil: "Nəzərə alaq ki, bu, yeni başlayan problemdir. Amma Rusiyanı səs hüququndan məhrum etməklə siz bəzi cəzaverici tədbirlərin aktivləşməsinə səbəb oldunuz".
Onun sözlərinə görə, Ukrayna ərazisinə Rusiya ordusunun müdaxiləsi qərarını ləğv etməsi Moskvanın sülh danışıqlarına maraqlı olmasını bir daha sübut etdi.
S.Narışkin Qərbi danışıqlardan çox Rusiyanı kəskin addımlar atmağa vadar etməkdə ittiham edib: "Bizim bir sıra diplomatlarımızı, o cümlədən məni də "qara siyahı"ya salıblar. Nəyə görə? Ona görə ki, bir milyondan çox krımlının səsinə səs verib onları, tarixi torpaqlarımızdakı soydaşlarımızı qanlı qırğından xilas etdik? Amma ABŞ və Avropa heç soydaşları olmayan, onlara qonşu olmayan, məsələn, ərəb ölkələrində xalqlara kömək adı ilə qoşun yeridirlər. Nəticələr isə göz qabağındadır. Biz isə qonşuluğumuzda, tarixi torpaqlarımızda elə qırğınların təkrarlanması üçün ABŞ-a və Qərbə imkan verə bilmərik. Biz istəyirik ki, sülh olsun. Avropa həqiqi Avropa olsun".
Sergey Narışkin jurnalistlərə açıqlamasında isə bildirib ki, Rusiya Ukraynanın yeni Prezidenti Pyotr Poroşenkonun böhranın həlli ilə bağlı səylərini alqışlayır.
Onun sözlərinə görə, Rusiya da böhranın həllini istəyir, atdığı addımlar da buna hesablanıb: "Biz həqiqətən tezliklə Ukraynada sülhün bərqərar olmasını istəyirik, ora bizim üçün yad deyil, bizim qardaşlarımızın torpaqlarıdır. Artıq Ukraynanın şərqində yaşayan xalq da bu gərginlikdən yorulub, onların hüquqlarını bərpa etmək lazımdır".
S.Narışkin deyib ki, avropalılar da vəziyyəti başa düşüb səmimi olmalı, Ukraynadakı vəziyyətin düzəlməsi üçün real addımlar atmalıdırlar: "Təklif etmişik ki, beynəlxalq bir qrup yaradılsın. Bu qrupun vasitəsilə Ukraynadakı böhrana son qoyaq. İndi bu təklifə cavab gözləyirik"
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycanlı deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur
21.01.2019
“Prezident məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info