Vergi orqanlarına daxil olan müraciətlərin sayı artıb
Tarix: 30.06.2014 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Bu ilin may ayı ərzində Azərbaycanda dövlət vergi orqanlarına vətəndaşlardan ümumilikdə 8 227 müraciət daxil olub.
Vergilər Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 947 müraciət və ya 23,7% çoxdur.
Daxil olan müraciətlərdən 8 073-ü (və ya 98,1%-i) ərizə, 137-si (və ya 1,7%-i) şikayət, 17-si (və ya 0,2%-i) təklif xarakterli olub.
Müraciətlərin 33%-i müxtəlif arayışların alınması, 30,7%-i kameral vergi yoxlamaları, 11,8%-i səyyar vergi yoxlamaları, 7%-i vergi borcları, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,3%-i korrupsiya hüquqpozmaları, 16,%-i isə digər məsələlərlə bağlı olub.
Ümumilikdə müraciətlərin 71%-i müsbət həll olunub, 14%-i barədə müvafiq izahat verilib, 4%-i əsassız sayılıb, 1,1%-i qismən həll olunub, 0,9%-i aidiyyəti üzrə göndərilib, 9%-i isə icradadır.
Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin 51-i eyni, 8-i təkrardır, yəni faktiki olaraq şikayətlər cəmi 78 məsələ barədədir. Şikayətlərin faktiki sayından 41%-i operativ nəzarət, 29,5%-i kameral hesablama, 20,5%-i audit, 9%-i isə digər sahələr üzrədir. Daxil olan faktiki şikayətlərin sayı ötən ilin may ayına nisbətən azalıb.
Ümumilikdə şikayətlərin 39-u (və ya 28,5%-i) əsassız sayılıb, 31-i (və ya 22,6 %-i) barədə müvafiq izahat verilib, 12-si (və ya 8,8%-i) müsbət həll olunub, 7-si (və ya 5,1 %-i) aidiyyəti üzrə göndərilib, 48-i (və ya 35%-i) isə icradadır.

Ay ərzində nazirliyin aparatına 757 müraciət, o cümlədən 652 ərizə, 102 şikayət, 3 təklif daxil olub, 22 şikayətin icrası xüsusi nəzarətə götürülüb. Daxil olan şikayətlərin 47-si eyni, 6-sı təkrardır, yəni faktiki olaraq şikayətlər cəmi 49 məsələ ilə bağlıdır. Ötən ilin may ayı ilə müqayisədə nazirliyin aparatına daxil olan müraciətlərin ümumi sayı 66,7% artıb, şikayətlərin faktiki sayı isə 10,9% azalıb.
Azərbaycan Prezidentinin Administrasiyasından nazirliyin aparatına 43 müraciət, o cümlədən 20 ərizə və 23 şikayət daxil olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
AYİB Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info