“Bakı Metropoliteni” təlim mərkəzi yaradır
Tarix: 30.06.2014 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


“Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyasının hazırda təmirə bağlanan girişinin istifadəyə verilməsi bir neçə texniki məsələnin həllindən sonra mümkün olacaq.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, “28 May” stansiyasında yeni eskalatorlar, yeni elektron avadanlıqlar quraşdırılıb. Hazırda onların son yekunlaşma işləri gedir. N. Paşayev deyib ki, metrodakı yeni avadanlıqların idarə edilməsində yerli mütəxəssislərə fransalı həmkarları yardım edəcək: “Metro stansiyanın yenidən qurulmasında əməkdaşlıq etdiyimiz Fransa şirkətləri ilə “Bakı Metropoliteni” QSC-nin anlaşma memorandumunda da kadr potensialının gücləndirilməsi nəzərdə tutulub. Biz metro üçün avadanlıqları həmin şirkətlərdən alırıq. Onların mütəxəssisləri burada bizim mütəxəssislərlə birgə avadanlıqları quraşdıracaqlar. Eyni zamanda “Bakı Metropoliteni” QSC-nin işçiləri həmin şirkətlərə ezam olunacaq, müəyyən kurs keçəcəklər”.
N. Paşayev əlavə edib ki, tezliklə Bakıda bu məqsədlə təlim mərkəzi yaradılacaq. Artıq məsələ ilə bağlı QSC-nin rəhbərliyi qərar verib: “Burada əməkdaşlar yeni avadanlıqların öyrənilməsi ilə bağlı mütəmadi təlimlər keçəcəklər”.
Qeyd edək ki, Fransa prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri çərçivəsində "Bakı Metropoliteni" QSC ilə Fransanın "Alstom Transport SA", "Bouygues Travaux Publics, LLS", "Thales S.A" şirkətləri arasında 5 anlaşma memorandumu imzalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info