Erməni deputatı ATƏT PA-nın Bakıda keçirilən sessiyasında ifşa edildi
Tarix: 30.06.2014 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclası zamanı erməni deputatı Artaşes Qeqamyan əsassız iddialarla çıxış edib.
A.Qeqamyan Dağlıq Qarabağın müstəqil ölkə və İrəvanın Ermənistanın tarixi torpağı olmasını iddia edib.
Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova isə erməni deputatının iddialarını ifşa edərək onu susmağa məcbur edib.
B.Muradova sessiya iştirakçılarının diqqətinə çatdırıb ki, 22 ildən artıq mövcud olan Dağlıq Qarabağ məsələsi məhz qeyri-qanuni keçirilən referendumun və bir neçə dəfə qeyri-qanuni keçirilən parlament və prezident seçkiləri nəticəsində mövcuddur:
"Erməni deputatı Dağlıq Qarabağı özünü ifadə etmiş bir dövlət kimi qələmə verməyə çalışır, hətta onun haqqında gülməli bir ifadə işlədərək onun demokratikliyini qələmə verməyə çalışır. Dağlıq Qarabağa səfər edən bizim həmkarlarımız bu regionun hansı vəziyyətdə olduğunu və orada qalan bir qrup çox kasıb, aşağı səviyyədə yaşayan, bütün imkanlardan məhrum bir əhalinin hansı vəziyyətə olduğunu görür. Dağlıq Qarabağ xalqı deyilən bir şey yoxdur, orada yalnız etnik ermənilər yaşayır, Azərbaycan vətəndaşları və biz onların bugünkü durumu üçün çox narahatçılıq keçiririk, çünki bu insanlar "böyük Ermənistan" ideyasının çox xırda girovuna çevriliblər".
B.Muradova qeyd edib ki, ermənilər Dağlıq Qarabağ ilə bağlı həqiqətləri eşitmək istəmirlər.
Vitse-spiker qeyd edib ki, İrəvan tarixi Azərbaycan torpağıdır: "Mən bir də təkrarlayıram, 1918-ci ildə Şərqdə yaradılan ilk Demokratik Azərbaycan Cümhuriyyətinin ilk dekreti qonşu dövlətlərin göstərdikləri təzyiqlərin nəticəsində məhz İrəvanın ermənilərə bağışlanması olub və biz bu qərarı öz cümhuriyyətimizə bağışlamırıq. Biz Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Bunu hər kəs bilsin".
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
İbrahim Öztek: “Xocalı soyqırımı nankor bir cəmiyyətin xəyanətkar hücumunun son halqasıdır”
18.02.2019
Rusiyanın azərbaycanlı icması soydaşlarımızı və çeçenləri təxribata uymamağa çağırıb
18.02.2019
“Müxalifət liderlərinin siyasəti kökündən yanlışdır”
18.02.2019
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
18.02.2019
Burak Candaş: “Qarabağ dərhal Azərbaycana qaytarılmalıdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info