AMEA maddi-texniki bazadan səmərəli istifadə etməlidir
Tarix: 30.06.2014 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


“Son 7 ildə Azərbaycan Milli Elmlər Akademiyasında seçkilər keçirilməyib. Bu da bəzi çatışmazlıqlara səbəb olur, çətinliklər yaradır”. Bunu AMEA-nın prezidenti Akif Əlizadə AMEA üzvlüyünə seçkilər üzrə keçirilən ümumi yığıncaqda çıxışı zamanı deyib. Onun sözlərinə görə, çətinliklərdən birincisi odur ki, bəzi prioritet istiqamətlər akademiyanın elmi fəaliyyətində zəifləyir. A.Əlizadə qeyd edib ki, kadr hazırlığında çətinlik çəkilir: “Bəzi elmi məktəblər də bir qədər daralır, hətta itmək üzrədir. Bu baxımdan AMEA-da seçkilərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Son zamanlar akademiyanın Rəyasət Heyəti çox mühüm problemləri, məsələləri öz iclaslarında müzakirəyə çıxarır. Həmin məsələlərin nəticələri qərar kimi qəbul olunur. 10 ildən artıqdır ki, dövlətimiz uğurlu yolla inkişaf edir. Ondan əvvəl qoyulan möhkəm özül iqtisadiyyat, mədəniyyət, elmin inkişafı bu gün çox sürətlə davam etdirilir”.
AMEA prezidenti qeyd edib ki, son 4-5 ildə akademiyada maddi-texniki bazanın təkmilləşdirilməsi, möhkəmlənməsi üçün dövlət tərəfindən təxminən 15 milyon manata qədər pul xərclənib: “Bu gün akademiyanın bütün bölmələri gözəl maddi-texniki bazaya malikdir. İndi akademiya qarşısında məsələ qoyulur ki, onlardan səmərəli və prioritet istiqamətlərə xidmət etmək üçün istifadə olunsun”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info