AMEA-da 3 yeni institut yaradılıb
Tarix: 30.06.2014 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 3 yeni institut yaradılıb.
Bu barədə AMEA üzvlüyünə seçkilər üzrə keçirilən ümumi yığıncaqda qərar qəbul olunub. Belə ki, yeni yaradılan institutlar AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutudur.
Yığıncaqda çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, son illər biologiyanın sürətli inkişafı molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi kimi bir çox yeni elm istiqamətləri və sahələrinin yaranmasına zəmin yaradıb. Onun sözlərinə görə, yeni elm sahələrinin inkişafı başqa elm sahələrinə təkan verib: “Bu, xüsusilə təbabət, kənd təsərrüfatı, aqrar sahə, informasiyanın inkişafına təkan verib. Bu gün bu sahədə aparılan elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, pərakəndə elmi tədqiqat işlərinin bir yerdə koordinasiya etmək və kadr hazırlığının səviyyəsini daha da yüksəltmək üçün AMEA-nın Botanika İnstitutunun nəzdində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılması məqsədəuyğundur. Yeni institutun yaradılması bu sahədə elmi tədqiqatların daha effektiv, yüksək səviyyədə aparılmasına kömək edəcək”.
Akademiyada yeni yaradılan digər iki institut - Elm Tarixi və Dünya Siyasəti institutları barədə isə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. Ümumi Yığıncaqda aparılan müzakirələrdən sonra AMEA-da hər 3 institutun yaradılması təsdiq olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info