“Azərbaycanla əməkdaşlıq Rusiyanın xarici iqtisadi siyasətinin prioritetlərindəndir”
Tarix: 30.06.2014 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Cənubi Qafqazın daha dinamik inkişaf edən ölkəsi olan Azərbaycanla işgüzar əməkdaşlıq Rusiyanın xarici iqtisadi siyasətinin prioritetlərindən biridir. Bunu Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev "Rossiyskaya qazeta"ya müsahibəsində deyib.
Onun sözlərinə görə, iki ölkə arasında azad ticarət rejimi fəaliyyət göstərir, bir sıra dövlətlərarası və hökumətlərarası sazişlər imzalanıb: "Bundan başqa, Bakı Rusiya Federasiyasının ayrı-ayrı subyektləri ilə aktiv əlaqələr qurur".
Nazir qeyd edib ki, qarşılıqlı ticarətin inkişafını ləngidən əsas amil logistik və nəqliyyat məhdudiyyətləri, habelə investisiya aktivliyinə mane olan müqavilə-hüquq bazasının təkmilləşdirilməməsidir.
A.Ulyukayev bildirib: "Bakıda danışıqlar zamanı Azərbaycanın iqtisadi və sənaye naziri Şahin Mustafayevlə yüklərin tranzitini artırmaq mexanizmlərini, avtomobil, dəmiryol, aviasiya və dəniz nəqliyyatı ilə kombinasiya edilmiş yüklər barədə ətraflı müzakirə apardıq. Biz Bakı və Olya limanları arasında bərə keçidini qurmalıyıq. Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında xeyli müddətdir bərə əlaqəsi qurulub və tezliklə Rusiya ilə belə nəqliyyat əlaqəsinin yaradılması yükdaşımaları zamanı xərcləri azaldacaq. Hər iki ölkə ərazisində logistik mərkəzlərin tikintisi ayrıca mövzudur. Azərbaycan səhmdarları belə bir logistik mərkəzi Yekaterinqburqda tikməyi planlaşdırır".
Onun sözlərinə görə, qarşılıqlı investisiyaların həcminin artırılması da vacib vəzifələrdən biridir, bunun üçün Rusiya və Azərbaycan qanunvericilik sahəsində bir sıra məsələləri razılaşdırmalıdırlar: "Söhbət, ilk növbədə "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında" dövlətlərarası sazişdən gedir. Saziş kapitalların ilk növbədə sənaye, innovativ və yüksək texnoloji layihələrə cəlb edilməsi üçün möhkəm hüquqi əsas olacaq. Bakıda danışıqlar zamanı bu məsələ ilə bağlı xeyli irəliləyiş əldə edilib: sazişin imzalanması bu ilin iyuluna planlaşdırılıb. Sabit hüquqi bazanın formalaşdırılması ilə dövlətlərimiz qarşılıqlı investisiyaların həcmini milyardlarla dollara çatdıra bilərlər. Rusiya biznesi Azərbaycanda dəmiryol vaqonları, enerji avadanlığının birgə istehsalı və neft-qaz hasilatı və nəqlinin mexanizmləri imkanlarını nəzərdən keçirir".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Prezident Bolqarıstan nümayəndə heyətini qəbul edib
25.09.2018
“Azeri Light”ın bir barreli 82,21 dollara satılır
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info