Sumqayıtda şahmat festivalı təşkil olunub
Tarix: 30.06.2014 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


İyunun 29-da Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər gənclər və idman baş idarəsinin və 3 nömrəli uşaq-gənclər idman şahmat-dama məktəbinin təşkilati dəstəyi ilə “Əqlin gimnastikası və ağıllı addım” layihəsi çərçivəsində şahmat festivalı keçirilib.
Baş idarədən bildiriblər ki, festivalı açan layihə rəhbəri Anar Qasımov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, ölkəmizdə yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
Bildirilib ki, məqsəd “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na dəstək olmaq, yeniyetmə və gənclər arasında şahmat oyununa marağı artırmaqdır. Bu oyunun gənclərin ixtiraçılıq qabiliyyətini və qanunauyğunluq təfəkkürünün inkişafına müsbət təsir edə biləcəyini onlara mənimsətməkdir. Eyni zamanda, 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarışı və 2016-cı ildə 42-ci Dünya Şahmat Olimpiadasının Vətənimizdə keçirilməsi haqqında gəncləri maarifləndirməkdir.
Məktəbin məşqçi–müəllimi Q.Balacayevin baş hakimliyi ilə dairəvi sistem üzrə qırx nəfər iştirakçı arasında keçirilən və səkkiz saat davam edən gərgin mübarizənin sonunda birinci dərəcəli şahmatçılar Kamal Əzizov birinci, Şəhla Əzizova ikinci və Əli Quliyev isə üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə medal, sertifikat və müxtəlif hədiyyələr təqdim edilib.
Ümumilikdə isə festival iştirakçılarının hər birinə sertifikat və bukletlər, papaq və köynəklər paylanılıb.
Çıxış edənlər dövlətimizin başçısının diqqət və qayğısı sayəsində Azərbaycanın artıq idman ölkəsi kimi bütün dünyada öz layiqli yerini tutduğunu vurğulayıblar. Müstəqil Azərbaycanın idmançılarının dünya miqyasında böyük uğurlar qazandıqları, ölkəmizin dünya idman ailəsinə möhtəşəm mərkəz kimi daxil olması fərəh hissi ilə qeyd edilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik
23.09.2018
Bakı arenasında özümü çox rahat hiss edirəm
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info