“Prezidentin AŞPA-dakı çıxışı avropalıları fakt qarşısında qoydu”
Tarix: 30.06.2014 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Ceyhun Ələkbərov: “O, həm dünya birliyinin ikili standartları probleminə toxundu, həm də Ermənistanı işğalçı dövlət olmaqda ciddi ittiham etdi”

Xəbər verildiyi kimi, iyunun 24-də Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış edib və AŞPA-nın deputatlarının suallarını cavablandırıb. Dövlət başçısının düşmən ölkənin atəşkəsi pozması və hələ də sərgilədiyi qeyri-konstruktiv mövqe ilə bağlı məntiqli fikirləri ölkə ictimaiyyəti tərəfindən də müsbət qarşılanıb və ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Buna münasibətini açıqlayan “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov qəzetimizə bildirdi ki, Azərbaycan Prezidentinin AŞPA-dakı çıxışı, həmişə olduğu kimi, bir daha məntiq və məzmun cəhətdən uğurlu alındı. Onun sözlərinə görə, Prezidentin Azərbaycanda gedən proseslərlə bağlı verdiyi geniş məlumat, suallara dəqiq, səlis, analitik mühakimə qabiliyyətli, diplomatik normalara tam uyğun cavabları həqiqətən təqdirəlayiqdir: “Bu, bir daha ölkə rəhbərinin dəmir iradəyə, prinsipiallığa, sistemli təhlil qabiliyyətinə malik olmasını ortaya qoydu. İstər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması, istər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlət başçısının çıxışı düşündürücü idi. Əminəm ki, bir sıra Avropa parlamentariləri dövlət başçısının onlara verdiyi bu informasiyada olan doğru paralelləri və məntiqi izahı görməyə bilməzdilər. Çünki onların çoxu Azərbaycana səfərləri zamanı bu inkişafı əyani olaraq görüb və qiymətləndirib. Ən vacib məqam isə hər zaman olduğu kimi, xalqımızın hələ də həll olunmayan problemi sayılan Qarabağ münaqişəsi barədə Prezidentin çıxışı və verilən suallara qətiyyətli cavabları idi. Dövlət başçısı bir daha həm Avropa parlamentarilərini, həm də düşmən ölkə rəhbərliyini tutarlı arqumentlər, faktlar qarşısında qoydu. O, həm dünya birliyinin ikili standartları probleminə toxundu, həm də Ermənistanı işğalçı dövlət olmaqda ciddi ittiham etdi. O, Sərkisyan rejimini günahlandıraraq bu günə qədər təmas xəttində sakitliyin bərqərar olmamasının səbəbkarlarının məhz onlar olduğunu bildirdi və Avropanın üst qurumlarını bu həyasızlığa biganə qalmamağa çağırdı”. Ceyhun Ələkbərov əlavə etdi ki, eyni müsbət fikirləri iyunun 26-da keçirilən irimiqyaslı hərbi təlimlərdə dövlət başçımızın çıxışı barədə də vurğulmaq olar: “Cənab Prezident çıxışında qeyd etdi ki, biz müharibə istəmirik. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq görürük ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır. Bu məsələni “dondurulmuş” vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Fikrimizcə, düşmən dövlət Prezident İlham Əliyevin hər dəfə onlara qarşı səsləndirdiyi bu ağır ittihamlardan nəticə çıxarmalı və nə qədər ki, gec deyil, Azərbaycan torpaqlarını tərk etməlidirlər. Əks halda Azərbaycanın hazırkı hərbi durumu Ermənistana da, onun havadarlarına da yaxşı bəllidir. Müharibə olarsa, bunun nə ilə nəticələnəcəyi onlara agah olmalıdır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info