“Bu gün İraqdakı hadisələri qızışdıranlar, terroru dəstəkləyənlər ABŞ və Qərbdir”
Tarix: 30.06.2014 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


“Bu gün düşmənlər vətəndaş müharibələrinə sərmayə qoyur”. İran mətbuatının verdiyi məlumata görə, bunu İranın ali dini lideri, ayətullah Əli Xamneyi bildirib.
Onun sözlərinə görə, bu gün İraqda baş verənlər ABŞ və Qərb sevdalıları ilə xalqların müstəqilliyini müdafiə edən vətəndaşların qarşıdurmasıdır: “Bu gün İraq başda olmaqla bəzi müsəlman cəmiyyətlərində böhran və qarışıqlıq çıxarılması yolunda düşmənin casusluq orqanlarının rolu var. İslam düşmənləri müsəlman xalqlar arasında qarşıdurma yaratmaq üçün sərmayə yatırır, onları etnik və məzhəb fərqliliyi səbəbindən bir-biriləri ilə qarşı-qarşıya qoyurlar. Müstəkbirlərin İraq və digər bəzi ölkələrdəki hadisələrlə əlaqədar təbliğatları onların şiə-sünni qarşıdurması çıxmasına böyük ümid bağladıqlarını göstərir. İraqda Səddam Hüseyn rejiminin tör-töküntüləri bir qrup “qafil, cahil, idrakdan uzaq və mənəviyyatsız” insanlarla birlikdə cinayətlər işləyirlər və düşmənlər də bu hadisələri yalandan şiə-sünni qarşıdurması adlandırırlar. Lakin bu, arzudan kənara getməyəcək. İraqda baş verənlər heç bir vəchlə şiə-sünni qarşıdurması deyil. Lakin bu döyüş terrorizmlə terrorizm əleyhdarlarının, ABŞ və Qərb sevdalıları ilə müstəqillik tərəfdarlarının, insanlığın vəhşiliklə döyüşüdür”.
Ayətullah Xamneyi deyib ki, bəzi dövlətlər terroru İraqdan digər ölkələrə də yaymağa çalışırlar: “Bu gün İraqdakı hadisələri qızışdıranlar terroru dəstəkləyənlər, yandaşları, ABŞ və Qərbdir. Ona görə də xalqların diqqətlə bu hadisələri yaxından izləmələri lazımdır. İraqa düşmən olan ölkələr şiə-sünni qarşıdurması yaradacaqlarına inanırdılar. Lakin xəyalları suya düşdü. Düşmən müsəlmanların müstəqillik və qürurlarını məhv etmək üçün heç bir şeydən çəkinməyəcəyini bilməlidir. “İslami oyanış və müsəlman dünyasının inkişaf etməsi qayğısı”ndan xilas olmaq müstəkbirlər cəbhəsinin şiə-sünni qarşıdurması çıxarmaq istəməsinin altında yatan əsl səbəbdir. Buna etiraz etmək üçün də islami xalq demokratiyası resepti tək bənzərsiz şəfaverici reseptdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info