Azərbaycan gömrük orqanları qaçaqmalçılıq hallarının qarşını alıb
Tarix: 30.06.2014 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Rusiya Federasiyası istiqamətindən Azərbaycana Hüseynov Xəyyam Xanlar oğlu və İsmayılov Elçin İsgəndər oğlu tərəfindən “Daimler Chrysler” markalı, H 027589 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə müxtəlif yüklərin arasında Rusiyaya məxsus aksiz markaları ilə markalanmış spirtli içkilərin gətirilməsi barədə məlumat daxil olub.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Rusiyadan Azərbaycana gələn “fəhlə geyimləri” və “fəhlə ayaqqabıları” yüklü “Daimler Chrysler” markalı, H 027589 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə “Samur” gömrük postunda baxış keçirilib. Baxış keçirilməzdən əvvəl sürücülər, Azərbaycan vətəndaşları X. Hüseynov və E. İsmayılovdan nəqliyyat vasitəsinin yük yerində hansı yüklərin olduğu soruşulduqda, onlar yük yerində fəhlə geyimləri və fəhlə ayaqqabıları yükünün olduğunu qeyd ediblər.
Bundan sonra qoşqunun yük yerinə baxış keçirilib, karton qutularda olan fəhlə geyimləri və fəhlə ayaqqabıları ilə əhatə olunmuş yüklərin arasından qara polietilen paketlərə bükülmüş bağlamalar aşkarlanıb. Həmin bağlamalar boşaldılaraq hal şahidlərinin iştirakı ilə açılıb, hər birinin içərisində 6 ədəd 0,7 litrlik olmaqla 96 karton qutuda, ümumi sayı 576 ədəd Rusiyaya məxsus aksiz markası ilə markalanmış “Beluga Transatlantik Rasing” markalı araqlar aşkar edilib.
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tərəfindən valyuta qaçaqmalçılığının da qarşısı alınıb. Belə ki, Rusiya istiqamətindən Azərbaycana “Samur” gömrük postunun piyada keçidi ilə keçməklə gələn Rusiya vətəndaşı Raqimov Zaur Şamsaddinoviç postun giriş qapısına yaxınlaşıb və Azərbaycan istiqamətində giriş qapısında dayanan bir nəfərə əlində olan bağlamanı verib. Sonra ondan bağlamanı qəbul edən şəxs saxlanılaraq postun gömrük zonasına dəvət edilib, Z. Raqimovdan nə qəbul etdiyi barədə şifahi sorğu-sual olunub.
Özünü Azərbaycan vətəndaşı Güləhmədov Baləhməd Eldar oğlu kimi təqdim edən şəxs bildirib ki, ona ötürülən bağlamada pul olub. Bundan sonra, Z. Raqimovun gömrük nəzarətindən gizli yolla B, Güləhmədova ötürdüyü valyutalara hal şahidlərinin iştirakı ilə baxış keçirilib və pulların 69 ədəd 500-lük avro, ümumi 34.500 avro olduğu müəyyən edilib.
Faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
15.02.2019
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15.02.2019
Sabirabad və Salyanda qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayrılıb
15.02.2019
Azərbaycan şirkətləri “Gulfood 2019” beynəlxalq qida sərgisində iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info