Hollandiyadan müdhiş dönüş
Tarix: 30.06.2014 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Braziliyada təşkil olunan Dünya Çempionatında daha iki komanda 1/4 finala yüksəlib. Çilini penaltilər seriyası ilə mübarizədən kənarlaşdıran meydan sahiblərinin ardınca, Kolumbiya millisi də 8 ən güclü sırasına vəsiqə qazanıb. Uruqvayla qarşılaşan Xose Pokermanın komandası hesabı 28-ci dəqiqədə açıb.
Xames Rodriqes uzaq məsafədən vurduğu gözəl qolla Kolumbiyanı önə çıxarıb. İkinci hissənin ilk dəqiqələrində Xames həm dublunu, həm də komandasının növbəti mərhələyə çıxmasını rəsmiləşdirib. İndi kolumbiyalıları 1/4 finalda daha çətin rəqib - Braziliya millisi gözləyir. 1/8 final mərhələsinin daha bir oyununda Avropa və Şimali Amerika təmsilçiləri üz-üzə gəlib. Qrupda keçirdiyi bütün matçlarda qalib gələn Hollandiya Meksika ilə qarşılaşıb. Oyunda hesabı meksikalılar açsalar da, Şimali Amerika təmsilçisi qələbəni son dəqiqələrdə əldən verib. 48-ci dəqiqədə Santosun vurduğu qola əsas vaxtın başa çatmasına 2 dəqiqə qalmış Sneyder cavab verib. Meksikalılar özünə gəlməmiş daha bir zərbə alıblar. Cərimə meydançası daxilində Robbenə qarşı kobudluğa görə hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınalaş Hunteların zərbəsi isə dəqiq olub - 2:1. Hollandiya yığmasının rəqibi Kosta-Rika - Yunanıstan matçında sevinən tərəf olub. Avstraliyalı baş hakim Benjamin Villiamsın idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb. Matçın 52-ci dəqiqəsində kosta-rikalı futbolçu Brayn Ruiz fərqlənib. Görüşün ikinci hissəsinə əlavə olunmuş vaxtda yunanıstanlı Sokratis Papastathopoulos hesabı bərabərləşdirib - 1:1. Oyunun əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda da qapılara top vurulmayıb. Qalib penalti seriyasında müəyyənləşib. On bir metrlik zərbələri dəqiq yerinə yetirən Kosta-Rika millisi 5:3 hesabı ilə qalib gəlib və dörddəbir finala yüksəlib. Növbəti mərhələdə Kosta-Rika millisi Hollandiya yığması ilə qarşılaşacaq. Oyun iyulun 5-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Qarabağ” komandası “Arsenal”a minimal hesabla məğlub olub
13.12.2018
“Gələn il üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə tutulur”
13.12.2018
“Bu il idmançılarımız tərəfindən 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilib”
13.12.2018
UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub
13.12.2018
Çempionlar Liqası: “Real Madrid” öz meydanında böyük hesabla uduzub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info