Hacı Əliyev Qran-Prinin qalibi olub
Tarix: 30.06.2014 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


Almaniyanın Dortmund şəhərində güləş üzrə Beynəlxalq Qran-Pri turniri keçirilir. Turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri də iştirak edirlər.
Yığma komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi ilə turnirə 4 güləşçimiz yollanıb. Turnirin ilk günündə güləşçilərimiz 3 qızıl medal qazanıblar. Turnirdə 65 kiloqram çəki dərəcəsində mübarizə aparmış Hacı Əliyev macarıstanlı İstvan Nemeth, rumıniyalı Georg Bucur və serbiyalı İbro Cakovic üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda ötən ilin dünya çempionu, ermənistanlı David Safaryanla görüşü qələbə ilə başa vuran Hacı Əliyev Almaniya Qran-Prisinin qızıl medalına sahib olub. Digər güləşçimiz Cəbrayıl Həsənov (74 kq) Fransa təmsilçiləri Xavier Befort və Luca Lampis üzərində inamlı qələbə qazanıb və finala vəsiqə qazanıb. Finalda yerli güləşçi Georg Harta heç bir şans verməyən Cəbrayıl Həsənov turnirin baş mükafatını qazanıb. Həmzət Osmanov (86 kq) Fransa təmsilçisi Ahmed Aybuevi üstələdikdən sonra ardıcıl olaraq Almaniya güləşçiləri Mixail Kaufmehli və Gabriel Seregelyini məğlub edib. Finalda güləşçimizin rəqibi Polşa təmsilçisi Zbiqnev Baranovski olub. Həlledici görüşdə də qələbə qazanan güləşçimiz turnirin qızıl medalına sahib olub. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edir.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info