“Bəzi ölkələr nüvə müzakirələrinin irəliləməsi üçün ciddi maneədir”
Tarix: 01.07.2014 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Altılığ”a daxil olan bəzi ölkələrin ifrat gözləntiləri və tələbləri nüvə müzakirələrinin irəliləməsi üçün ciddi maneədir”.
Bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib. Onun sözlərinə görə, Qərb ölkələrinin ifrat istəkləri onların içərisində olduqları qorxudan qaynaqlanır: “Qarşı tərəf razılaşmanın əldə edilməsi mövzusunda ciddi olması üçün keçmişdə də onların müzakirələrdə içərisində olduqları bu qorxulardan özlərini qurtarması lazımdır. Bu mövzuda lazımi iradənin olmaması başqa məsələdir. Ancaq razılaşma üçün sədaqət və iradələrinin olduğunu iddia edirlərsə, bu kimi davranışlardan çəkinməlidirlər. Hazırda fikir ayrılığı bütün mövzularda müxtəlif ölçülərdə var. Ancaq İranın uranın zənginləşdirilməsi haqqı prinsipi anlaşılmazlıq mövzusu deyil. Müzakirələrin müvəffəqiyyətlə nəticələnməsi qarşı tərəfin iradəsindən asılıdır. Uranın zənginləşdirilməsi başda olmaqla dinc məqsədli nüvə enerjisindən faydalanmaq nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinin (NPT) üzvü olan bütün ölkələrin əsas haqqıdır. Başqalarının bu haqqı tanıyıb-tanımaması bu hüququn mahiyyətini dəyişdirməyəcək. Nüvə enerjisindən faydalanmaq haqqı mövcud bir haqdır və heç kim bu hüquqi nə verə, nə də ala bilər”. A.Əraqçı deyib ki, İrana qarşı tətbiq edilmiş sanksiyaların qısa müddətdə aradan qaldırılması əsas tələblərdən biridir. Nazir müavini həmçinin İranla “altılıq” ölkələri arasındakı növbəti nüvə müzakirələrinin 2-22 iyul tarixləri arasında Vyanada keçiriləcəyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info