Rusiya qeyri-qanuni miqrasiyaya qarşı tədbir görür
Tarix: 01.07.2014 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, gələn ilin yanvarından başlayaraq Rusiya ərazisinə gələn vətəndaşlardan xarici pasport tələb olunacaq. Bu qadağalar ancaq Gömrük İttifaqı və Vahid İqtisadi Məkanın üzvləri olan Belarus və Qazaxıstan vətəndaşlarına şamil edilməyəcək. Rusiya Xarici İşlər Nazirliyinin şərhində qeyd edilir ki, MDB-nin üzv ölkələri Rusiya tərəfindən planlaşdırılan tədbirlər barədə qabaqcadan məlumatlandırılıb. Rusiya tərəfi bu addımı “miqrasiya sahəsində asayişi bərpa etmək üçün anlaşma addımı” kimi xarakterizə edib.
“Bu addımı alqışlamaq lazımdır”,-deyə qeydə alınmamış “Yeni qüvvə” partiyasının lideri, MDBMİ-nin professoru Valeriy Solovey bildirib: “Baxmayaraq ki, bu qərar tam deyil, lakin bu ilk növbədə, qeyri-qanuni miqrasiya problemli Orta Asiya ölkələri ilə viza rejimində tətbiq edilə bilər.
Belə ki, 2015-ci ildən bu respublikaların vətəndaşları pasport qeydiyyatında iştirak etməklə, sakit tərzdə Rusiya ərazisində işləmək hüququ əldə edə biləcəklər. Təbii ki, yaradılacaq bəzi maneələri aradan qaldırmaq ixtisassız və yoxsul miqrantlar üçün o qədər də çətin olmayacaq. Bununla belə, bu qərar göstərir ki, Rusiya hakimiyyət orqanları qeyri-qanuni miqrasiyanın ölkə üçün real təhlükə olduğunu tanımağa başlayıb. Razılaşmıq lazımdır ki, bu, yalnız iqtisadi itkilərlə deyil, cinayətin yayılması ilə də müşahidə edilməkdə idi. Hətta son zamanlar bizə düşünməyə əsas verirdi ki, Rusiyada bəzi terror təşkilatlarının təhdidinin çoxalması haqqında da düşünək.
Orta Asiyadan olan qanunsuz miqrantların fundamentalist terror təşkilatının yaradılması haqqında xəbərlər bu ilin iyunun ortalarında Sankt-Peterburqda keçirilən axtarışlar zamanı özünü doğrultdu”.
Soloveyn sözlərinə görə, şüur gec də olsa inkişaf edir: “Bu xəstəlik artıq baş qaldırmaqdadır”. Hazırda Rusiya ərazisində təxmini hesablamalara görə, 10 milyondan çox qeyri-qanuni miqrant var. Məhz qeyri-qanuni miqrantlar hər hansı bir siyasi çevriliş zamanı "beşinci sütun" rolunda çıxış edə bilər.
Maliyyə Universitetinin Siyasi Araşdırmalar Mərkəzinin direktoru Pavel Salinin sözlərinə görə isə bu təşəbbüs ilk növbədə Orta Asiya ölkələrinə aid edilməlidir: “İndi antiimmiqrant hissi Ukraynanın cənub-şərqində baş verən hadisələr fonunda arxa plana keçib. Millətçi və vətənpərvərlik əhvali-ruhiyyəsi indi bu istiqamətdə proqnozlaşdırılır. Buna baxmayaraq, hakimiyyət bu addımı atmaq qərarına gəlib. Məncə, Orta Asiya ölkələri arasında tacik və özbək rejimlərinə güclü təsirlər var. Vəziyyət burada daha mürəkkəbdir. Rusiya-Çin dostluq sazişinin imzalanmasına baxmayaraq, Orta Asiyada Çinin genişləndirilməsi hələ də davam edir. Təbii ki, bu da Moskvada xüsusi sevinclə qarşılanmır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info