AzTU elektron təhsil sisteminə keçir
Tarix: 01.07.2014 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Texniki Universitetində bu ali təhsil müəssisəsinin və Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə layihəsi olan elektron təhsil sisteminin açılış mərasimi keçirilib. Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov layihənin əhəmiyyətindən danışıb.
Bildirib ki, “Azərbaycan Texniki Universitetinin elektron təhsil sisteminin qurulması” layihəsi KOİCA və Təhsil Nazirliyi arasında imzalanmış qrant sazişinə əsasən həyata keçirilib. Layihənin məqsədi Azərbaycan Texniki Universitetində Koreya Respublikasının ali təhsil müəssisələrində istifadə olunan ən son informasiya-kommunikasiya texnologiyaları əsasında müasir təhsil idarəetmə sisteminin hazırlanmasıdır. Layihə universitetin akademik təhsil, portal, “Groupware”, distant təhsil sistemlərini əhatə edir. Layihədə universitetdə akademik təhsil sisteminin yaradılması, Azərbaycan Texniki Universitetinin rəsmi portalının, elektron sənəd dövriyyəsinin qurulması, distant təhsil üçün kontent nümunələrin təşkili məsələləri öz həllini tapıb. Qeyd olunub ki, yeni sistemin qurulmasında ən müasir texnologiyalardan istifadə olunub, avadanlığın seçilməsinə və quraşdırılmasına xüsusi diqqət yetirilib. Mükəmməl funksiyalara malik cihazlar quraşdırılıb, koreyalı mütəxəssislər, universitetin əməkdaşları üçün təlimlər təşkil edilib. Layihə çərçivəsində ən vacib məqamlardan biri isə ölkəmizdə ilk dəfə olaraq distant təhsil sisteminin yaradılmasıdır. Müxtəlif proqramları özündə birləşdirən yeni təhsil kontentləri 2014-2015-ci tədris ilindən tələbələrin istifadəsinə veriləcək. Bu kontentlər Texniki Universitetin nəzdində fəaliyyət göstərən televiziya studiyasında koreyalı mütəxəssislərin iştirakı ilə universitetin mütəxəssisləri tərəfindən hazırlanıb. Diqqətə çatdırılıb ki, yeni layihənin tədrisin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın təmini, tədrisdə yaranan mənfi halların qarşısının alınması, valideynlərin və tələbələrin, tədris prosesinə nəzarət sisteminin sadələşdirilməsi, distant təhsil sisteminin qurulması, təhsilin və ixtisasartırmanın imkanlarının genişləndirilməsi, elektron sənəd dövriyyəsinin, onlayn yazışmanın təsdiqi kimi üstünlükləri var. Tədbirdə ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafına göstərilən dövlət qayğısından da danışılıb. Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn ölkəsində informasiya-kommunikasiya texnologiyaları sahəsində görülən işlərdən danışıb. Qonaq universitetdə tətbiq olunan elektron təhsil sisteminin layihəsinin Azərbaycan təhsilinə öz layiqli töhfəsini verəcəyini deyib. Mərasimdə çıxış edən Nazirlər Kabinetinin şöbə müdiri Nail Fətəliyev, Təhsil Nazirliyinin bölmə müdiri Sülhəddin Gözəlov, Azərbaycan Texniki Universitetinin prorektoru, professor Mustafa Babanlı elektron təhsil sisteminin səmərəli və məqsədyönlü istifadə edilməsindən söz açıblar. Tədbirdə, həmçinin layihə, eləcə də elektron portal sistemi haqqında geniş məlumat verilib, KOİCA-nın layihəsi ilə bağlı film nümayiş etdirilib. Sonda tədbir iştirakçıları server otağı ilə tanış olublar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info