Azərbaycan şirkəti dünya neft sərgisində
Tarix: 01.07.2014 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Moskvada Ümumdünya Neft Şurasının neft və qazın kəşfiyyatı, hasilatı, emalı, nəqli, neft-kimya, marketinq və idarəetmə mövzusunda 21-ci Dünya Neft Konqresi və sərgisi keçirilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildiriblər ki, sərgidə şirkət öz nailiyyətlərini əks etdirən pavilyonla təmsil olunub. Tədbir müddətində ARDNŞ-in əməkdaşlarından ibarət nümayəndə heyəti tərəfindən iştirakçılara Azərbaycanın neft-qaz sənayesində əldə etdiyi nailiyyətlər, perspektiv planlar, şirkətin fəaliyyəti, ölkə daxilində və beynəlxalq layihələrdə iştirakı və bu sahədəki mövcud imkanlar barədə ətraflı məlumat verilib.
ARDNŞ-in pavilyonunda nümayiş etdirilən reklam xarakterli materiallar, Azərbaycanda neft-qaz sənayesinin tarixi və müasir inkişaf dövrü haqqında film-çarx və jurnallar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Konqres-sərgi müddətində xarici şirkət nümayəndələri ARDNŞ ilə əməkdaşlıq etmək üçün təkliflərini verib, gələcəkdə nəzərdə tutulan belə tədbirlərdə şirkətin pavilyonunu yenidən görmək istədiklərini vurğulayıblar.
Məlumatda bildirilir ki, tədbirdə Rusiyanın neft-qaz regionlarından və dünyanın 80-dək ölkəsindən 32 nazir, 3 mindən artıq nümayəndə heyəti, 600-dən artıq media nümayəndəsi, “bp”, “Shell”, “OPEK”, “Petrobraz”, “ExxonMobil”, “LUKOil”, “Transneft”, “Qazprom”, “Statoil”, “ONGC”, “CNPC”, “PEMEX”, “TPAO”, “Honeywell” və digər aparıcı neft-qaz təşkilatlarının və şirkətlərinin çoxsaylı təmsilçiləri iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
İcra və Kommunikasiya Planlarının icrasına başlanılıb
20.08.2019
Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi artıb
20.08.2019
Yanvar-iyul aylarında 1304 minik avtomobili istehsal olunub
20.08.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşları Tovuz və Ağstafada qəbul edəcək
20.08.2019
Fransa şirkəti Azərbaycanın neft-qaz sahəsində suları təmizləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info