500 ədəd yeni “London taksi”si gətiriləcək
Tarix: 01.07.2014 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


2015-ci ilə kimi Azərbaycana 500 Taksi TX4 markalı (London taksisi) nəqliyyat vasitələri gətiriləcək.
Bunu Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəisi Namiq Həsənov bildirib.
O, deyib ki, gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlarla əlaqədar ölkəyə iritutumlu avtobuslar, o cümlədən taksilər gətiriləcək.
“Hazırda Türkiyə, Cənubi Koreya, Almaniya və başqa ölkələrlə bu istiqamətdə danışıqlar aparılır”, - deyə o, əlavə edib.
Qeyd edək ki, son 5 il ərzində Azərbaycana ümumilikdə 1 850 ədəd yeni taksi gətirilib ki, onlardan 1 000-i “London taksi”sidir. Avtomobillərin sifarişçisi qismində “Baki Taxi” MMC şirkəti çıxış edir. Yeni taksi maşınları Böyük Britaniyanın “Manganese Bronze” şirkətindən alınır.
Taksilər Çinin “Geely Automobile Holding”i tərəfindən istehsal olunaraq “Manganese Bronze” şirkətinə göndərilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info