Gənc sahibkar qızlar üçün yeni layihəyə start verildi
Tarix: 01.07.2014 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Sosial İnkişafına Yardım” İctimai Birliyi yeni bir layihəyə start verdi. Zülfiyyə Nuriyevanın verdiyi məlumata görə, "Gəncəbasar regionunda gənc qızların sahibkarlıq bacarıqlarının artırılması" adlı layihə gənc qızların iqtisadi biliklərinin artırılması yolu ilə onların sahibkarlıq bacarıqlarının inkişafına yönəlib: "Layihənin əsas məqsədi regionda təhsil alma imkanından məhrum olan gənc qızların peşə bacarıqlarının inkişaf etdirərək onlara biznes biliklərinin verilməsi və inkişaf edən cəmiyyətə fəal inteqrasiya prosesinin aparılmasıdır. Məqsədə nail olmaq üçün layihənin əsas vəzifələri ictimai maarifləndirmə kampaniyasının təşkili, gənc qızların peşə kurslarına cəlb olunması və onlara sahibkar qadınların mentorluq proqramı əsasında biznes qurma imkanlarının yaradılmasıdır. Qarşıya qoyulan vəzifələrə nail olmaq üçün isə layihə çərçivəsində 3 ay müddətində istiqamətverici təlimlərin və peşə kurslarının təşkili nəzərdə tutulur və bu xidmət hər regiondan ümumilikdə 80 gənc qızı əhatə edəcək. Layihəni ictimailəşdirmək üçün icmada problemin əhəmiyyətini vurğulayan və ictimai vacibliyini əsaslandıran ictimai maarifləndirmə kampaniyası təşkil olunacaq və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə hər cür əməkdaşlıq ediləcək. Layihənin əsas hədəflərindən biri də rayon mərkəzlərində deyil, kənd yerlərində yaşayan və xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrdən olan gənc qızların və qəyyumluqda yaşayan gənclərin sosial inteqrasiya prosesini sürətləndirmək onlara aktiv vətəndaş olma istiqamətində dəstəyin verilməsidir". Z. Nuriyeva layihənin əhəmiyyətindən danışarkən onu da qeyd edib ki, mövcud problemlər nəticə olaraq sosial və iqtisadi baxımdan asılı qızların sayını çoxaldır və dolayısı ilə "məişət zorakılığı"na səbəb olur. Xatırladaq ki, bu layihə artıq icra edilmiş layihənin ardı olaraq nəzərdə tutulur. Lakin layihə ikinci fazada ətraf rayonları da əhatə edəcək və daha geniş auditoriyanı hədəfə alacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info