Leyla Əliyeva: “Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik“
Tarix: 01.07.2014 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filminin premyerası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin premyerasında olub.
Premyeradan sonra "Justice for Khojaly" ("Xocalıya ədalət") beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu faciə haqqında həqiqətlərin dünyada tanıdılmasının əhəmiyyəti barədə fikirlərini bildirərək, "Endless Corridor" filminin çəkilməsindən məmnun qaldığını dilə gətirib.
Leyla Əliyeva qeyd edib ki, "Endless Corridor" erməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmdir. "Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik", - deyə Leyla Əliyeva vurğulayıb.
Təqdimatda filmin litvalı prodüseri Aleksandr Brokas, amerikalı prodüser Cerald Rafşun, beynəlxalq televiziya rəsmiləri və məşhur aktyorlar, o cümlədən Anna Arçer (BAFTA mükafatçısı), "Games of Thrones" adlı populyar teleserialın ulduzlarından biri İen Qlen də iştirak ediblər.
1992-ci il fevralın 26-da 613 kişi, qadın və uşağın qətlə yetirildiyi Xocalı qətliamından bəhs edən sənədli film britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilib.
Sənədli film üzərində 5 ilə yaxın çalışmış A.Brokas qeyd edib ki, o, bu layihədə bölgədəki vəziyyətə müstəqil nöqteyi-nəzərdən yanaşmanı təmin etmək üçün 15 ölkəni təmsil edən aktyor heyəti ilə fəaliyyət göstərib. O, postsovet respublikası olan Litva vətəndaşı kimi məsələyə öz münasibətini bildirərkən qeyd edib ki, azadlıq və müstəqilliyə gedən yol bütün keçmiş Sovet respublikalarında oxşar olub: "Müstəqillik insanların qanı bahasına başa gəlib. Xocalı faciəsi günahsız insanların taleyinə amansız və qəddarcasına qərar verilməsinə dair bariz nümunədir,"- deyə A.Brokas vurğulayıb.
ABŞ-ın sabiq prezidenti Cimmi Karter administrasiyasında ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışmış və hazırda Vaşinqtonda böyük tamaşaçı auditoriyasına malik olan "Camp David" şou proqramının prodüseri Cerald Rafşun diqqətə çatdırıb ki, beynəlxalq səylərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsi bugünədək həll olunmayıb. O, ümidvar olduğunu bildirib ki, bu film sayəsində beynəlxalq diqqət 20 ildən artıq münaqişə alovuna bürünmüş bu regiona yönələcək.
Filmdə litvalı jurnalist Riçard Lapaitis deyib ki, o vaxtdan bəri unuda bilmədiyi hekayəti - Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsini 20 ildən sonra müharibə müxbiri kimi nəql edir. R.Lapaitis Xocalı faciəsindən sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altında "Sonsuz dəhliz"də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayətlərini dinləyir.
Filmdə faciəni törədən erməni komandirlər də müharibənin strategiya və səbəblərindən danışırlar. BMT və digər beynəlxalq qurumların erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz geri çəkilməsini tələb edən qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonunu bu günədək işğal altında saxlamaqda davam edir.
Premyeradan sonra "Sonsuz dəhliz" sənədli filminin dünyanın aparıcı televiziya kanallarında nümayişi planlaşdırılır.
Britaniya Film və Televiziya İncəsənəti Akademiyası (BAFTA) kino, televiziya filmləri və video oyunları kimi incəsənət nümunələrinin ən yaxşılarını müəyyənləşdirib mükafatlandırması ilə məşğuldur. BAFTA kinonun təbliği və inkişafına dəstək verir.
Böyük Britaniyada film sənətini dəstəkləyən aparıcı xeyriyyəçi kimi tanınan BAFTA-nın fəlsəfəsinə görə, ən yaxşı yaradıcı iş yalnız auditoriya tərəfindən dəyərləndirilə və qiymətləndirilə bilər.
Aleksandr Brokas litvalı prodüser və rejisordur. Helsinki Tətbiqi Elmlər Metropolia Universitetinin beynəlxalq filmşünaslıq bölməsini və Litva Musiqi və Teatr Akademiyasını bitirmiş, postsovet regionunda qadın hüquqlarına dair film layihələrinin iştirakçısı olub. Rejissor Soros Fondu, Skandinaviya və Baltikyanı ölkələrin televiziya kanalları ilə uğurlu əməkdaşlığın ardınca diqqətini Qafqaza yönəldib ki, buradakı layihəsinin kulminasiya nöqtəsi də "Sonsuz dəhliz" sənədli filmidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info