Azərbaycanın təklifi ilə “ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi“ barədə qətnamə layihəsi qəbul olunub
Tarix: 01.07.2014 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev tərəfindən təqdim olunan "ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi" barədə qətnamə layihəsi Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında müzakirə çıxarılıb.
Qətnamə layihəsində ATƏT regionunda mədəni mülkiyyətin qorunması ilə bağıl yeni mexnizmin yaradılması nəzərdə tutulur.
Qətnamə layihəsində eyni zamanda ATƏT regionunda mədəni mülkiyyətin qorunması üçün tədbirlərin gücləndirilməsi qeyd olunur.
Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan isə qətnaməyə etiraz edərək onun BMT-nin mədəni mülkiyyətlə bağlı sənədlərinə əsaslandırılmasını vacib sayıb. Lakin səsvermə nəticəsində A.Geqamyanın təklif etdiyi düzəliş qəbul olunmayıb.
Növbəti dəfə çıxış edən A.Geqamyan qətnamə layihəsinin Birinci Beynəlxalq Pakta (insanlar azad iqtisadi, sosial və mədəni inkişaflarını təmin edirlər) əsaslanması barədə ikinci düzəliş təklif edib. Lakin A.Genqamyanın düzəlişi yenə qəbul edilməyib.
Daha sonra A.Geqamyan üçüncü düzəlişi təklif edib. Bu düzəlişdə mədəni mülkiyyətin məhv edilməsinin bəşəriyyət üçün mənfi nəticələri olduğu qeyd edilib. Düzəliş səsverməyə çıxarılaraq qəbul edilib.
Daha sonra müzakirələrdən sonra qətnamə layihəsi səsə qoyularaq qəbul edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25.05.2019
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib
24.05.2019
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24.05.2019
MN: Ermənilər məruz qaldıqları uğursuzluğu absurd bəyanatlarla ört-basdır etməyə çalışırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info