Ukraynanın şərqində döyüşlər güclənib
Tarix: 01.07.2014 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti Petro Poroşenkonun ölkənin şərqində birtərəfli qaydada elan etdiyi atəşkəs rejiminin sona çatdığını bəyan etməsindən sonra antiterror əməliyyatı zonasında dövlət qüvvələri ilə silahlı federallaşma tərəfdarları arasında döyüşlər bərpa olunub.
Ukrayna saytlarının verdiyi məlumata görə, Donetsk vilayətinin Slavyansk, Kramatorsk, Karlovka, Marinka və Snejnoye yaşayış məntəqələri ətrafında şiddətli döyüşlər gedir.
Donetsk şəhəri yaxınlığındakı Marinka rayonunun Karlovka kəndi ətrafındakı döyüşdə hər iki tərəfin tanklardan istifadə etdiyi xəbər verilir. Şahidlər atəş səslərindən evlərin pəncərələrinin titrədiyini bildirirlər. “Donetsk Xalq Respublikası”nın nümayəndəsi Fyodor Berezin Ukrayna ordusunun Donetsk şəhəri ətrafına hərbi texnika və ağır artilleriya da daxil olmaqla, böyük qüvvə cəmləşdirdiyini deyib. Qeyd edək ki, şəhər silahlıların əlində olsa da, hava limanı Ukrayna güc strukturlarının nəzarətindədir.
Ukrayna Milli Qvardiyası isə Luqansk vilayəti ərazisində Rusiya ilə sərhəd xəttinin silahlıların nəzarətində olan hissəsini geri almaq üçün əməliyyata başlayıb. Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov “RİA Novosti”yə hazırda “Donetsk-İzvarino” və “Krasnopartizansk-Qukovo” sərhəd-buraxılış məntəqələri yaxınlığında döyüşlər getdiyini açıqlayıb: “Döyüş səhər saat 09-da başladı. Hazırda buraxılış məntəqələri bağlıdır. Rusiya sərhədçiləri və gömrük əməkdaşları təhlükəsiz məsafəyə çəkilib”.
Ukrayna ordusu əməliyyatlarda hərbi təyyarələrdən də istifadə edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info