Qobustanın içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulacaq
Tarix: 01.07.2014 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Bu ilin sentyabr ayında Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsi üzrə tikinti-quraşdırma işlərinə başlanılacaq. “Azərsu” ASC-dən verilən məlumata görə, Qobustan şəhərində həyata keçiriləcək yenidənqurma işləri Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində icra ediləcək. Hazırda layihənin icrası ilə əlaqədar podratçı şirkətin seçilməsi üzrə tender prosedurasına hazırlıq görülür. İyun ayının 17-də iddiaçı şirkətlərə tenderdə iştirak üçün dəvət məktubları və tenderin əsas şərtlər toplusu göndərilib. Tenderdə iştirak etmək istəyən iddiaçılar bu ilin avqust ayının 1-dək texniki və maliyyə təkliflərini ayrı-ayrı zərflərdə təqdim etməlidirlər. Tender birmərhələli iki zərfli satınalma prosedurasına əsasən keçiriləcək. Qaydalara əsasən, əvvəlcə yalnız texniki təkliflər üzrə zərflər açılacaq. Texniki təkliflər qiymətləndirildikdən və tender komissiyası tərəfindən təsdiq edildikdən sonra Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinə göndəriləcək. Agentlikdən müvafiq razılıq alındıqdan sonra bu barədə iddiaçı şirkətlərə bildiriş veriləcək və həmin təşkilatlar maliyyə təkliflərinin açılış tarixi barədə məlumatlandırılacaq. Texniki qiymətləndirmədən keçməyən iddiaçıların maliyyə təklifləri isə açılmadan geri qaytarılacaq. Maliyyə təklifləri açıldıqdan sonra yekun qiymətləndirmə aparılacaq və müvafiq hesabat Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinə göndəriləcək. Agentliyin müsbət rəyi alındıqdan sonra tender komissiyası tərəfindən yekun protokol imzalanacaq.
Qeyd edək ki, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalan şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. Artıq Qusar, Xaçmaz, Xızı və Naftalan şəhərlərində tikinti-quraşdırma işlərinə başlanılıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info