Ərdoğan prezident seçkilərində iştirak edəcək
Tarix: 01.07.2014 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğan avqustun 10-da keçiriləcək prezident seçkilərində iştirak edəcək. Paytaxt Ankarada 4 min nəfərin iştirakı ilə keçirilən təntənəli toplantıda R. T. Ərdoğanın prezidentliyə namizədliyi rəsmən elan olunub.
R. T. Ərdoğanın namizədliyini kürsüdən AKP sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Mehmet Əli Şahin elan edib. Onun sözləri zalda alqışlarla qarşılanıb və iştirakçılar ayağa qalxıb. Bundan sonra R. T. Ərdoğanın həyat yolu və siyasi fəaliyyəti haqda sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, iki böyük müxalifət partiyası – Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyaları İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlunu prezidentliyə namizəd göstərib. Kürd partiyası HDP-nin (Halkların Demokrasi Partisi) namizədi isə Səlahəddin Dəmirtaş olub.
Seçkilərin ilk turunda qalib gəlmək üçün 50%-dən çox səs tələb olunur. İlk turda qalib müəyyənləşməsə, avqustun 24-də ikinci tur keçiriləcək. R. T. Ərdoğan prezident olarsa, baş nazir və AKP sədri vəzifələrindən istefa verəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info