İlk səs verəcək region gəncləri üçün Yay Məktəbi təşkil ediləcək
Tarix: 01.07.2014 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni maarifləndirici və monitorinq istiqamətli layihəyə start verib. İcrasına bu ilin iyulun 01-dən başlanan və 4 (dörd) ay davam edəcək layihə “Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün seçici maarifçiliyi üzrə Yay Məktəbinin təşkli” adlanır.
Layihə Şirvan şəhərində, Qax, Ağsu, Salyan və Masallı rayonlarında qarşıdan gələn (2014-cü ilin dekabrında keçirilməsi nəzərdə tutulur) bələdiyyə seçkiləri öncəsi vəziyyətə dair sorğu və ictimai monitorinqlərin keçirilməsinə, “Yay Məktəbləri” vasitəsilə ilk dəfə səs verəcək region gənclərinə seçici hüquq və öhdəlikləri, seçki qanunvericiliyi, seçki prosedurları və bələdiyyələrin səlahiyyətləri mövzularında interaktiv üsullarla maarifləndirici təlim sessiyalarının keçirilməsinə, “Bələdiyyə seçkiləri üzrə Qanunvericilik Toplusu”, “İlk dəfə səs verən gənc seçici üçün Yaddaş Kitabçası”nın, təbliğati plakat-posterlərin nəşrinə və yayımına, gənc könüllü ictimai müşahidəcilərin hazırlanmasına, geniş spektrli PR fəaliyyətinə və davamlılıq olaraq Əməkdaşlıq Şəbəkəsinin qurulmasına yönəlib.
Hazırlıq işləri çərçivəsində adı çəkilən regionlara rəsmi məktublar göndərilmiş, sorğu və ictimai monitorinq suallarının hazırlanmasına, könüllülərin seçilməsinə, təlimlərin gündəliyinin, qrafikinin və materialllarının hazırlanmasına başlanıb.
Növbəti mərhələdə İcra Planına uyğun layihə fəaliyyəti ardıcıllıqla davam etdiriləcək, keçirilmiş monitorinq əsasında hesabat hazırlanacaq və qiymətləndirmə aparılacaq və regionların seçilmiş ilk dəfə səs verəcək gəncləri maarifləndirici Yay Məktəblərinə cəlb olunacaqlar.
Layihənin əsas mədsədləri qarşıdan gələn bələdiyyə seçkilərində regionların ilk dəfə səs verəcək gənclərinin seçici maarifçiliyi sahəsində informasiya səviyyələrini yüksəltməklə, onların seçkilərdə fəal iştirakına nail olmaq və gənc elektoratın müstəqil, ədalətli və azad qərar qəbul etmək qabiliyyətini artırmaqdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info