ATƏT PA komitəsində Rusiya əleyhinə düzəliş qəbul edilməyib
Tarix: 01.07.2014 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyası çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında Rusiyanın müəllifi olduğu “Terrorçuluğa qarşı mübarizə” adlı qətnamə layihəsi müzakirə edilib.
Latviya, Litva və İsveç parlamentarları tərəfindən layihəyə Ukrayna hadisələri ilə əlaqədar düzəliş təklif olunub.
Latviya nümayəndə heyətinin rəhbəri xanım Vineta Porina çıxışında bildirib ki, Rusiya bu gün faktiki olaraq ATƏT məkanında - Ukraynanın şərqində terrorçuluğu dəstəkləyir: “Biz bunun qarşısını almalıyıq”.
Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan Rusiyanın müəllifi olduğu qətnaməni dəstəkləsə də, düzəlişin əleyhinə çıxıb: “Rusiyada 1,5 milyon erməni yaşayır və onlar heç vaxt millətçilik zəmində təzyiqə məruz qalmayıb”.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə bildirib ki, terrorçu qruplara ayrı-ayrı dairələr tərəfindən dəstək verilir: “Onlar istədikləri sərhədi maneəsiz keçə bilirlər. Azərbaycan hər zaman terrora qarşı aparılan mübarizədə iştirak edib, Azərbaycan qanunvericiliyi də buna tam dəstək verir. Amma bəzi ölkələr terrordan öz məqsədləri, qanuni hakimiyyətin devrilməsi və iqtisadi maraqları üçün istifadə edirlər. Ona görə də biz təklif edirik ki, bu məsələ təkcə müzakirə mövzusu olmamalıdır, əməli işlər görülməlidir”.
Rusiyadan olan deputat Aleksey Puşkov isə düzəlişdə Rusiya ilə bağlı hissəni əsassız adlandırıb: “Bu gün Ukraynanın şərqində vuruşanlar, siz dediyiniz kimi, Rusiyadan gedənlər deyillər, yerli xalqın nümayəndələridir. Amma Əfqanıstanda, İraqda, Suriyada, Liviyada və sair yerlərdə minlərlə terrorçu qruplaşmalar cəmləşib. Niyə onlarla bağlı heç nə qəbul edilmir?”
Müzakirələrdən sonra səsvermə nəticəsində 29 lehinə, 30 əleyhinə və 10 bitərəf olmaqla, düzəliş qəbul edilməyib. Azərbaycan düzəlişlərlə bağlı səsvermədə iştirak etməyib, Ermənistan isə əleyhinə səs verib.
Daha sonra qətnamənin özü səsə qoyulub. 44 lehinə, 21 əleyhinə və 2 bitərəf olmaqla qətnamə qəbul edilib. Azərbaycan və Ermənistan sənədin lehinə səs verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info