“Birinci informasiya”: “Avropa Birliyi ilə assosiasiya anlaşması nə verəcək?”
Tarix: 01.07.2014 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Ermənistanın “Birinci informasiya” media qurumu yazır ki, Avropa Birliyi və onun mütəfiqləri üçün növbəti vacib mərhələ Gürcüstan, Ukrayna və Moldova ilə assosiasiya sazişi imzalamaq oldu: “Bu isə Ukrayna böhranının həlli prosesində Rusiya ilə münasibətlərin daha da kəskinləşməsinə səbəb oldu.
Məlum olduğu kimi, Ukrayna, Gürcüstan və Moldova cümə günü Avropa Birliyi ilə assosiasiya sazişi və dərin və tamhəcmli azad ticarət zonası barədə müqavilə imzaladılar.
Beynəlxalq ekspertlər tərəfindən simasız kimi xarakterizə edilən Şərq tərəfdaşlığı ərazisində aparılan Avropa siyasəti onu deməyə əsas verir ki, adıçəkilən üç ölkə sazişdən ziyan görəcəklər. Razumkov adına İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin eksperti Vladimir Sidenko “Birinci informasiya”nın müxbiri ilə söhbətində bldirib ki, Ukrayna bu razılaşmanın imzalanmasını çox gözləyirdi, ona görə də onun gözləntiləri çoxdur. Sideronkonun fikrincə, razılaşma böyük miqyaslı tədbirləri əhatə edir, bu tədbirlər ortamüddətli və uzunmüddətli effekt verəcək ki, bu da böyük institusional və struktur dəyişikliklərini şərtləndirir: “Bu dəyişikliklər isə böyük səylər tələb edir ki, Avropa standartlarına uyğunlaşasan. Bundan başqa, digər az effektli olmayan tədbirlər də var. Bu, metallurgiya, ərzaq məhsulları istehsalı kimi sferalarda rəqabətli potensiala malik olmaq, eləcə də Avropa standartlarını tətbiq etməklə bağlıdır”.
Bu baxımdan enerji təminatı məsələsində Ukrayna üçün ciddi problemlər olduğu da bildirilir: “Rusiya-Ukrayna, Avropa Birliyini əhatə edən üçtərəfli danışıqlar formatında ilk görüşlər hələ ki bu sahədə heç bir nəticə verməyib. Buna görə də bizi ağır perspektiv gözləyir. Amma məncə, kompromis tapılacaq. Bu problemin tənzimlənməməsi təkcə Ukrayna iqtisadiyyatı üçün yox, Rusiya iqtisadiyyatı üçün də təhdiddir. Çoxlu problemlər var ki, onlar həll edilməlidir. Ukrayna isə hələ Avropa standartlarını tətbiq etməkdə uzun yola çıxmalıdır”.
Gürcüstan Diplomatik Akademiyasının eksperti, politoloq Soso Çinçadze isə deyib ki, ərazi itkisinin, 2008-ci ildə qaçqınların yaranması ilə bağlı yaranan itkinin yerini heç bir assosiasiya sazişi doldura bilməz. Onun sözlərinə görə, 2008-ci ildən sonra onlarda 5 mindən çox qaçqının meydana gəlməsi, ərazilərin itirilməsi başqa bir həngamədir və bununla heç nə müqayisə oluna bilməz. O qeyd edib: “Bu, Avropaya doğru kiçik bir addımdır. Gürcüstan bu gün çalışır ki, öz gələcəyini Avropada qursun, amma buna nə qədər nail olacağıq, xarici aləmin buna reaksiyası nə dərəcədə adekvat olacaq, hələ məlum deyil. Bir-iki ay keçəndən sonra aydın olacaq ki, Gürcüstan assosiasiya sazişindən nə itirib, nə qazanıb.
Əlbəttə, Rusiya əllərini sallayıb oturmaz və Gürcüstanın Avropa tərəfə getməsinə sakitcə baxa bilməz. Rusiya əlbəttə, öz addımlarını atacaq, bu addımların nə qədər sivil olduğunu sonra görmək olar. Sadəcə, biz indi Avropaya real olaraq keçməyi gözləyirik”.
Müstəqil xarici siyasət qərarlarının qəbul edilməsi üçün Ermənistanın Dağlıq Qarabağdan imtina etməsinin və rıçaqlardan yaxa qurtarmasının lazım gəldiyi barədə fikirlərə toxunan ekspert deyib ki, Gütcüstan ərazi bütövlüyü prinsipinin tərəfdarıdır. Onun sözlərinə görə, müəyyən “modus vivendi” tapmaq olar ki, Azərbaycan və Ermənistan razı qalsınlar və bu istiqamətdə işləsinlər. Ekspert bildirib ki, halbuki Ermənistan öz seçimini edib.
Xarici əlaqələr üzrə Moldova Assosiasiyasının analitiki Viktor Kirile isə bildirib ki, təhlükə var idi ki, Rusiya Moldovada da vəziyyəti destabilləşdirəcək. Çünki Moldova və Ukrayna bənzərdirlər. Amma Moldovada hər şey dinc keçdi, Ukraynada isə situasiya gərginləşdi. Onun sözlərinə görə, assosiasiyanın nailiyyətləri və perspektivləri barəsində daha dəqiq fikirləri yaxın aylarda söyləmək olar. Hər halda, Moldovanın bundan böyük gözləntiləri var. Avropa Komissiyasının məlumatına görə, bu, Avropa Birliyi və eləcə də tərəfdaş ölkələr üçün vacib məqamdır: “Belə ki, assosiasiya anlaşması siyasi və iqtisad əlaqələri dərinləşdirəcək, uzunmüddətli proqramların reallaşdırılmasını mümkün edəcək”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Donald Tramp vә İmran Xan arasında telefon danışığı olub
20.08.2019
Qırğızıstanın sabiq Prezidentinin oktyabrın 26-dək həbsdə qalması ilə bağlı qərar qəbul edilib
20.08.2019
Son bir həftədə Yaponiyada istilərdən 7 nəfər ölüb
20.08.2019
Qaçqın problemi Avropa üçün təhlükəli hal alır
20.08.2019
Əfqanıstanda bombalı hücum

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info