Azərbaycana qaçaqmal gətirilməsinin qarşısı alınıb
Tarix: 01.07.2014 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Azərbaycan gömrükçüləri Rusiyadan Azərbaycana qaçaqmal gətirilməsinin qarşısı alıblar.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Rusiya istiqamətindən Azərbaycana Hüseynov Xəyyam Xanlar oğlu və İsmayılov Elçin İsgəndər oğlu tərəfindən “DaımlerChraysler” markalı yük nəqliyyat vasitəsi ilə müxtəlif yüklərin arasında Rusiyaya məxsus aksiz markaları ilə markalanmış spirtli içkilərin gətirilməsi barədə məlumat daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Rusiyadan Azərbaycana gələn “fəhlə geyimləri” və “fəhlə ayaqqabıları” yüklü nəqliyyat vasitəsinə “Samur” gömrük postunda keçirilən baxış zamanı karton qutularda olan fəhlə geyimləri və fəhlə ayaqqabıları ilə əhatə olunmuş yüklərin arasından qara polietilen paketlərə bükülmüş bağlamalar aşkarlanıb. Həmin bağlamalarda hər birinin içərisində 6 ədəd 0,7 litrlik olmaqla 96 karton qutuda, ümumi sayı 576 ədəd Rusiyaya məxsus aksiz markası ilə markalanmış “Beluga Transatlantik Rasing” markalı araqlar aşkar edilib.
«Samur» gömrük postunda Rusiyadan Azərbaycana gələn Rusiya vətəndaşı Raqimov Zaur Şamsaddinoviçdən isə valyuta sərvətləri aşkarlanıb. Belə ki, postun giriş qapısına yaxınlaşan Z. Raqimov Azərbaycan istiqamətində giriş qapısında dayanan bir nəfərə əlində olan bağlamanı verib. Sonra ondan bağlamanı qəbul edən şəxs saxlanılaraq postun gömrük zonasına dəvət edilib və Z. Raqimovdan nə qəbul etdiyi barədə şifahi sorğu-sual olunub. Özünü Azərbaycan vətəndaşı Güləhmədov Baləhməd Eldar oğlu kimi təqdim edən şəxs bildirib ki, ona ötürülən bağlamada pul olub. Bundan sonra, Z. Raqimovun gömrük nəzarətindən gizli yolla B. Güləhmədova ötürdüyü valyutalara hal şahidlərinin iştirakı ilə baxış keçirilib və pulların 69 ədəd 500-lük avro, ümumi 34 500 avro olduğu müəyyən edilib.
Faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
ABŞ nəşrində “İpək Yolu, gələcəyə səfər, Bakı Limanı” başlıqlı yazı dərc edib
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb
14.11.2018
Azərbaycan Bolqarıstana fındıq və nar şirəsi ixrac edəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info