Yığmalarımız üçün 6 hakim
Tarix: 01.07.2014 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Voleybol üzrə Avropa Liqasının növbəti 2 turunun hakimləri müəyyənləşib. Kişilərdən ibarət Azərbaycan millisinin oyunları latviyalı Kaspars Timmermanislə ukraynalı Mixaylo Medvidə tapşırılıb.
Onlar IX və X turlarda Polşa ilə Bakıda keçiriləcək matçları idarə edəcəklər. İyulun 4-də 17:00-da başlayacaq qarşılaşmada latviyalı 1-ci, ukraynalı isə 2-ci hakim olacaq. Ertəsi gün eyni saatda başlayacaq matçda isə referilər yerlərini dəyişəcəklər. Qadınlardan ibarə yığmamız isə həftəsonu Sloveniyanın qonağı olacaq. Maribordakı görüşlərdə Adnan Kolos (Bosniya və Herseqovina) və Bart Frinye (Belçika) iş başında olacaq. İyulun 5-də Bakı vaxtı ilə 20:30-da başlayacaq qarşılaşmada balkanlı, ertəsi gün eyni saatdakı görüşdə isə belçikalı 1-ci hakim olacaq. Qadın voleybolçularımızın son oyunlarının hakimləri də artıq indidən bəllidir. Bolqarıstanla oyunlar rumıniyalı Tudor Pop və litvalı Audrius Qarqasasa həvalə edilib. Onlar iyulun 11-12-də, hər ikisi 18:00-da başlayacaq matçlarda fit çalacaq. İlk oyunda Pop, son turda isə Qarqasas əsas söz sahibi olacaq. Qeyd edək ki, hər iki yığmamız 8 turdan sonra qrupda sonuncu pillədə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info