Fransa 1/4 finalda Almaniya ilə qarşılaşacaq
Tarix: 01.07.2014 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatının favoritləri oyuna çıxır. Almaniya ilk dəfə pley-offa vəsiqə qazanmış Əlcəzairlə görüşüb. Bu qarşılaşma tərəflərin 3-cü görüşü kimi tarixə düşüb. Maraqlıdır ki, bu komandaların əvvəlki 2 oyununda ərəblər qalib gəlib. Həmin bu 2 matçın top fərqi Afrika təmsilçisinin xeyrinə olub - 4:1.
Bosniyalı Vahid Halilhodjiçin çalışdırdığı komanda zəif rəqib olmadığını qrup mərhələsində göstərə bilmişdi. Əlcəzairlilər 1/8 final görüşündə də kifayət qədər güclü rəqib olduqlarını nümayiş etdiriblər. Komandalar əsas vaxtda rəqib qapısına yol tapa bilməyiblər. Əlavə vaxtda isə almanların təcrübəsi özünü göstərib və onlar 2 qol vurublar. Əlcəzair isə bu qollardan ancaq birinin əvəzini çıxa bilib. Beləliklə, Almaniya millisi çətinliklə də olsa 1/4 finala vəsiqə qazanıb. Erkən final kimi dəyərləndirilən 1/4 finalda Fransa və Almaniya qarşılaşacaqlar. Fransa 1/8 finalda Nigeriya üzərində 2:0 hesabı ilə qələbə qazanıb. Fransa və Almaniya arasında 1/4 final iyulun 4-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:00-də başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info