Poroşenko müharibə qərarı verdi
Tarix: 02.07.2014 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti Petro Poroşenko Milli Təhlükəsizlik Şurasının iclasında ölkənin şərq rayonlarında atəşkəsi uzatmaqdan imtina edib. Çərşənbə axşamı gecə, o, bu müraciətlə çıxış edib. Müracətin tam mətni prezidentin saytında dərc olunub.
“Razılaşdırılmış barışığın davam etdiyi on gün ərzində yaraqlılar tərəfindən yüzdən artıq qanun pozuntusu qeydə alınıb”- deyə Poroşenko bildirib. O, sonra əlavə edib: “Separatçıların siyasi rəhbərliyi maraqsızlıq nümayiş etdirərək, terror və talançı dəstələrin hərəkətlərinə nəzarət etməkdə acizlik göstərib”. “Rus qoşunlarının Ukrayna ərazisinə girmək üçün Federasiya Şurasının qərarının ləğv edilməsi müsbət hal kimi qarşılansa da, bu, rəmzi xarakter daşıyırdı. Vəziyyəti kəskinləşdirmək üçün bu addımların atılacağını biz gözləmirdik. Bu neqativ hal sərhəd nəzarətinin gücləndirilməsindən də yan keçməyib”-deyə Poroşenko əlavə edib. Razılaşdırılmış barışığın son qərarı sülh planını rədd demək deyil. Desentralizasiya müddəaları - rus dilindən sərbəst istifadə, itirilmiş əmlakın dövlət tərəfindən bərpası, eləcə də yeni iş yerlərinin yaradılması üçün AB proqramı ilə əməkdaşlıq hələ də qüvvədə qalır. Bununla yanaşı, Poroşenko bütün tərəflərin sülh planını həyata keçirilməsinə riayət edəcəyi təqdirdə barışıq üçün yeni variantın olduğunu da istisna etməyib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, bu arada Poroşenkonun ABŞ dövlət katibi Con Kerri, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandla telefon danışığı olub. Danışıq zamanı Poroşenko qeyd edib ki, terrorçular tərəfindən öldürülən onlarla əsgər və mülki şəxslərin həyatı bahasına Ukrayna tərəfi birtərəfli qaydada Donbasda atəşkəsə riayət etməyə çalışıb. Lakin nə “DXR” (Donbas Xalq Respublikası), nə də “LXR” (Luqansk Xalq Respublikası) Donbasda sülhün bərpasına nail olmaq üçün heç bir sorğuya reaksiya verməmiş, əksinə terror əməliyyatlarının bərpasına cəhd ediblər. Poroşenko qeyd edib ki, siyasi danışıqlar üçün əsas şərt, ATƏT-in monitorinq və yoxlaması ilə müşayiət olunan Ukrayna-Rusiya sərhədində etibarlı nəzarətin tətbiqi və bütün qanunsuz olaraq girov götürülənlərin istisnasız olaraq azad edilməsidir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub
21.07.2019
Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə gedir
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info