“İraqa hərbi yardım etməyə hazırıq”
Tarix: 02.07.2014 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


İran rəsmisi Tehranın İraqa hərbi yardım etməyə hazır olduğunu bildirib. “Reuters”in xəbərinə görə, İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahi Tehranın silah təchizatı ilə bağlı İraqdan hər hansı müraciət almadığını, lakin əgər bu baş verərsə, İranın buna hazır olduğunu bildirib.
"Hazırda Bizim İraq torpaqlarında ordumuz və ya silahlı qüvvələrimiz yoxdur və bu ölkəyə ordu göndərmək planımız da yoxdur. İraq bizə hərbi yardım almaqla bağlı müraciət etməyib. Ancaq əgər bu baş verərsə, beynəlxalq hüquq və qaydalar çərçivəsində və ikitərəfli razılaşmalar əsasında terrorla effektiv mübarizə aparmaq üçün İraq hərbi yardımla təmin olunacaq ” - deyə İran rəsmisi mətbuat konfransında bildirib. ABŞ və İraqın sünni islamçı yaraqlılara qarşı birgə mübarizəsinə baxmayaraq, H.Ə.Abdullahi Vaşinqtonu İraqdakı son hadisələrin arxasında olmaqda ittiham edib: "İraqda nə baş verirsə, bütün bunlar xarici müdaxilənin, ABŞ-ın planının nəticəsidir. Amerikalılar İraqda ikinci Ukrayna yaratmaq istəyirlər. Biz isə İraqın bölünməsinin əleyhinəyik”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info