AMİ bölgələrdə təhsilin inkişafı mövzusunda müzakirələr keçirib
Tarix: 02.07.2014 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Yaranmasının 85-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan Müəllimlər İnstitutu respublikamızda həyata keçirilən təhsil islahatının uğurlarında öz payı olan aparıcı təhsil müəssisələrindəndir.
1929-cu ilin oktyabr ayından Azərbaycan Müəllimlərinin Təkmilləşdirilməsi İnstitutu kimi fəaliyyətə başlayıb və 2000-ci ildən ulu öndər H. Əliyevin sərəncamı ilə analoqu olmayan bir təhsil müəssisəsinə çevrilib. İlkin müəllim hazırlığı, müəllimlərin ixtisasartırma təhsili, onların təkmilləşdirilməsi prosesinin həyata keçirilməsi və magistratura, doktorantura təhsili verən institut, eyni zamanda yerlərdə pedaqoji kollektivlərə yüksək səviyyədə metodiki xidmətin göstərilməsi ilə məşğul olur. İnstitutun rektoru, siyasi elmlər doktoru, professor, millət vəkili Aqiyə xanım Naxçıvanlı başda olmaqla hər bir əməkdaş üzərinə düşən vəzifənin icrasına öz töhfəsini verməyə çalışır.
Yerlərdə pedaqoji kollektivlərə göstərilən metodiki xidmət, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün ixtisasartırma təhsilinə cəlbi, təkmilləşdirmə prosesində dayaq məntəqələrin imkanlarından istifadə etməklə qabaqcıl iş təcrübəsinin öyrənilməsi və təbliği institutun metodiki bölməsinin fəaliyyətinin əsas istiqamətlərindəndir. Təhsil sahəsində yeniliklərin, o cümlədən dövlət səviyyəsində qəbul olunmuş qərarların icrası ilə pedaqoji kollektivlərin maarifləndirilməsi, lazımi metodiki materiallarla təmini də fəaliyyətimizin əsasını təşkil edir. Təhsilimizin uğurlu gələcəyini təmin edəcək “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət strategiyası, müəllim peşəkarlığının yüksəldilməsi, problemlər, perspektivlər” mövzusu Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Zaqatala, Qazax, Quba filiallarında və filialların dislokasiyasında olan Zaqatala, Balakən, Qax, Qazax, Ağstafa, Quba, Qusar və Xaçmaz rayonlarda müzakirə olunub və yeni tədris ili üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Bu məqsədlə AMİ-nin Təhsildə İnnovasiya kabinetinin əməkdaşı, respublikanın Əməkdar müəllimi Zülfiyyə Vəliyeva Zaqatala, Balakən, Qax, Qazax, Ağstafa, Quba, Qusar və Xaçmaz rayonlarında olaraq təhsil ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon təhsil şöbələrində və ümumtəhsil məktəblərində keçirilən görüşlər zamanı RTŞ-lə birgə işin tənzimlənməsi və yeni tədris ilində birgə əməkdaşlıq üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirməsi məqsədi ilə:
- Dayaq məntəqə rəhbərləri, müəllim və metodistlərin, “İlin ən yaxşı məktəbi və İlin ən yaxşı müəllimi müsabiqəsi” qaliblərinin iştirakı ilə
- “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası-Əlavə təhsil: perspektivlər, hədəflər” və “Təhsilin inkişafı, müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi: problemlər, perespektivlər”
- Dayaq məntəqəsi: “Təhsildə İnnovasiyalar-tədris prosesində yeni pedaqoji texnologiyalardan istifadə” Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qabaqcıl iş təcrübəsinin öyrənilməsi və təbliği”
- Azərbaycan: ”Gələcəyə baxış 2020-ci il Konsepsiyası: Fəaliyyət istiqamətləri, metodiki xidmətin təşkilinə verilən tələblər” mövzularında seminar və Dəyirmi masalar keçirilib.
Görüşlərdə müəllim peşəkarlığı, təhsildə inkişaf, müəllimlərin sınaq imtahanı, attestasiyası və s. məsələlər müzakirə olunub, müəllimlərə tövsiyələr verilib. Metodiki mərkəzlərin fəaliyyət istiqamətlərini gücləndirmək məqsədi ilə onlara metodiki materiallar təqdim olunub. Zaqatala, Balakən, Qax səhər Təhsil şöbələrində olduğu kimi, Qazax səhər Təhsil şöbəsində keçirilən görüşdə məktəb direktorları, dayaq məntəqələrinin rəhbərləri, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri iştirak edib. Müəllimlərin ixtisasartırma təhsilinə cəlbi, pedaqoji kollektivlərə göstərilən metodiki xidmətin günün tələblərinə uyğun qurulması, ixtisasartırma müəssisələrin RTŞ-in birgə fəaliyyət istiqamətinin zəruri olduğuna diqqət yetirilməsinin vacibliyi çıxışlarda vurğulanıb.
Ağstafa şəhər Təhsil şöbəsində keçirilən yığıncağı giriş sözü ilə RTŞ-in müdiri Fərhad Vəliyev açaraq, rayonun ümumi təhsil məktəblərində çalışan pedaqoji kadrların xüsusi qrafik əsasında AMİ-də və Qazax filialında ixtisasartırma təhsilinə cəlb olunduğunu, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində həmin müəssisələrin müstəsna rolunu qeyd edib. Mövzu ətrafında çıxış edən AMİ-nin Təhsildə İnnovasiya kabinetinin əməkdaşı, Əməkdar müəllim Zülfiyyə Vəliyeva və həmçinin filialın Əlavə təhsil üzrə direktor müavini Nizaməddin Babanlı bu sahədə müşahidə olunan problemlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət təmayüllü məktəb-liseydə keçirilən görüşlərdə dayaq-məntəqə rəhbərlərinin işi müzakirə olunub. Burada qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi və təbliği istiqamətində zəruri addımların atılması vurğulanıb. Görüləcək işlərin müzakirəsi aparılıb, vacib istiqamət müəyyənləşdirilib və tövsiyələr verilib.
Xaçmaz şəhəri Təhsil Şöbəsinin yeni istifadəyə verilmiş binasında keçirilən yığıncağı metodik mərkəzin direktoru Rəna xanım Əliyeva açaraq, rayon üzrə müəllimlərin peşəkarlıq fəaliyyətinin yüksəldilməsi üçün yeniliklərlə bağlı keçirilən treninq və seminarlara ehtiyac olduğunu, əlaqələrin gücləndirilməsinin vacibliyindən qeyd edib.
Qusar şəhəri Tofiq İsmayılov adına 6 nömrəli orta məktəbdə keçirilən seminarı RTŞ-in metodik kabinetinin direktoru Qorxmaz Muradov açıb. Son zamanlar rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin uğurlarından söz açaraq, müəllimlərə, aparılan metodiki işin keyfiyyətinə diqqət yetirildiyini vurğulayıb. AMİ-nin Quba filialının Əlavə təhsil, müasir təhsil və dayaq məntəqələri ilə iş kabinetinin müdiri Nübar Bayramova çıxışında qeyd edib ki, AMİ və onun Quba filialının Qusar şəhər Təhsil Şöbəsi ilə birgə əməkdaşlığı təhsil islahatına öz töhfəsini verəcək.
Keçirilən tədbirlərdə mövzu ətrafında maraqlı müzakirələr zamanı, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, Qusar rayon Bəhruz Ağaverdiyev adına 1 nömrəli məktəbin ibtidai sinif müəllimi Lətifə Balakişiyevanın çıxışında söylənilən fikirlər də maraqlı idi:
- Təhsilimizdə uğurların daha səmərəli olmasında əməkdaşlığımız daha önəmli faktordur. Yeniliklərin, fəaliyyət istiqamətlərinin düzgün müəyyənləşdirilməsi vacibdir. Növbəti tədris ilində respublikamızın rayonlarında müəllimlərin sınaq imtahanları ərəfəsində keçirilən bu görüş ürəyimizcə oldu. Bizi narahat edən suallara cavab ala bildik. Zülfiyyə xanımın Təhsil Nazirliyinin, Azərbaycan Müəllimlər İnstitutunun və AMİ-nin Quba filialının rəhbərliklərinin və bütün əməkdaşlarının biz müəllimlərin peşəkarlıq səviyyəmizin artırılmasında, pedaqoji kollektivlərə göstərilən metodiki xidmətin səviyyəsinin yüksəldilməsində maraqlı olduğunu və bizə göstəriləcək əməli köməkliyin təhsilimizin inkişafına verməli olacaq bəhrəsində məhz müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin, müəllim əməyinin stimullaşdırılması məqsədilə vacib olduğu fikri işimizə olan maraq və məsuliyyət hissimizi artırdı. Sizlərə öz səmimi təşəkkürümüzü bildiririk. Yeni görüşləri səbirsizliklə gözləyirik!
Bu gün sürətlə dəyişən dünyada ömür boyu təhsil, inklüziv təhsil, yaşlıların təhsili müstəsna əhəmiyyət kəsb edir ki, bunun da təbliği və təşviq olunması təhsilin idarəetmə orqanlarından, sahə üzrə mütəxəssislərdən, əlavə təhsil müəssisəsinin çoxcəhətli fəaliyyətindən asılıdır.
Günəş Şirvanskaya




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info