İŞİD Suriya-İraq sərhədindəki Əbu Kamal şəhərini ələ keçirib
Tarix: 02.07.2014 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


“İraq-Şam İslam Dövləti” (İŞİD) qruplaşması digər silahlı qruplaşmalarla üç gün apardığı şiddətli döyüşlərdən sonra Suriya-İraq sərhədində yerləşən Əbu Kamal şəhərini ələ keçirib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Məlumata görə, İŞİD qüvvələri İraqdan gəlmiş əlavə silahlı dəstələrin köməyi ilə döyüşdə qələbə qazanmağa müvəffəq olub. “Əl Qaidə”nin Suriyadakı qolu sayılan “Cəbhət ən Nüsrə” qruplaşmasının silahlıları üzərində qələbə çalan İŞİD qüvvələri Deyr -əz-Zor əyalətində yerləşən Əbu Kamal şəhərini tam nəzarətə götürə biliblər.
Məlumata görə, döyüşlər hazırda Əbu Kamal şəhərindən 100 km şimalda, “Cəbhət ən Nüsrə” qruplaşmasının bazasının yerləşdiyi Şheyl şəhərində davam edir.
Qeyd edək ki, Cəbhət ən Nüsrə” silahlılarının bir qismi Əbu Kamal şəhərində “İŞİD”-ə sadiq qalacağına and içərək bu qruplaşmaya qatılıb. “Cəbhət ən Nüsrə” qruplaşmasının “İŞİD”-ə qarşı çıxan üzvləri isə Suriya üsyançıları ilə birləşərək “işidçi”lərə qarşı açıq mübarizəyə qalxıblar.
Xatırladaq ki, 2014-cü ilin fevralında “Əl Qaidə” komandanlığı “İŞİD” qruplaşmasını dəstəkləməkdən imtina edərək “Cəbhət ən Nüsrə” qruplaşmasını bölgədəki rəsmi qolu elan edib. Suriyada “İŞİD” və digər müxalif qruplaşmalar arasında qarşıdurma məhz bundan sonra başlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info