Sarkoziyə qarşı rəsmi olaraq korrupsiya ittihamı irəli sürülüb
Tarix: 02.07.2014 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Məhkəmə müstəntiqləri Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı rəsmi olaraq korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürüb.
“Frans Press” agentliyinin verdiyi xəbərə görə, müvafiq qərar dindirilmənin nəticəsinə əsasən verilib.
Müstəntiqlər Sarkozini rüşvət verməkdə, şəxsi məqsədlər üçün vəzifə səlahiyyətlərini aşmaqda və kommersiya sirrinin pozulması faktını gizlətməkdə ittiham ediblər.
Qeyd edək ki, Sarkozinin dindirilməsi 15 saat davam edib. O, korrupsiya ittihamı ilə aparılan istintaq çərçivəsində ifadə verib.
Qeyd edək ki, bundan əvvəl, “L`Oreal” şirkətinin keçmiş rəhbəri Lilian Betankurun etimadından sui-istifadə etməkdə ittiham olunan Nikola Sarkozi barəsində açılan cinayət işi 2013-cü ilin oktyabrında bağlanıb. Lilian Betankurun 2007-ci ildə Nikola Sarkozinin seçki kampaniyasını maliyyələşdirdiyi məlum olub.
2014-cü ilin may ayında Fransanın müxalif “Xalq Hərəkatı Naminə İttifaq” partiyasının yüksək vəzifəli üzvü 2012-ci ildə seçkiqabağı kampaniya zamanı Nikola Sarkozinin bank hesabları ilə manipulyasiyalar etdiyni etiraf edib.
Bundan başqa, N. Sarkozi onun seçki kampaniyasının keçmiş Liviya lideri Müəmmər Qəddafi tərəfindən maliyyələşdirilməsi ehtimalı ilə əlaqədar istintaqın diqqətini çəkib. Müstəntiqlər sabiq prezidentin telefon danışıqlarını dinləyərkən bəlli olub ki, işi aparan hakimlərdən biri N. Sarkozi və onun vəkilinə cinayəti işinin istintaqı barədə materialları və məlumatları ötürməyə razılıq verib. Bunun əvəzində N. Sarkozi həmin hakimə Monakoda yüksək vəzifə vəd edib.
Müasir Fransanın tarixində ilk dəfədir ki, keçmiş prezident polis tərəfindən saxlanılır
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info