Bakı 2015 Avropa Oyunları və “Azerfon“ şirkəti arasında müqavilə imzalanıb
Tarix: 02.07.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Bakı 2015 Avropa Oyunları "Azerfon" şirkəti ilə ("Nar Mobile" ticarət nişanı) yarışların rəsmi mobil telekommunikasiyalar xidməti təminatçısı olması haqqında müqavilə imzalayıb.
Müqaviləni gənclər və idman naziri Azad Rəhimov və "Nar Mobil" şirkətinin baş direktoru Kent Maknili imzalayıblar.
Müqaviləyə əsasən, "Nar Mobile" şirkətinin I Avropa Oyunlarını Azərbaycanın bütün ərazisində geniş şəkildə reklam edən ilk milli tərəfdaş olması nəzərdə tutulur. Belə ki, mobil operator çoxplanlı reklam kampaniyaları vasitəsilə oyunlarla bağlı məlumatları genişləndirəcək. Həmin reklam kampaniyalarına mobil operatorun öz müştəriləri üçün idman yarışlarına bilet qazanmaq imkanları da daxil olacaq.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu, ilk Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədilə "Nar Mobile" şirkətinin telekommunikasiyalar sahəsində malik olduğu böyük təcrübənin tətbiq edilməsini nəzərdə tutan müqavilədir. Azərbaycan şirkətlərinin həm Bakıya, həm də bütünlükdə Azərbaycana uzunmüddətli fayda bəxş edəcək innovativ və inklüziv yarışların hazırlanmasına cəlb edilməsi önəmli hal hesab edilir.
Şirkətin baş icraçı direktoru Kent Maknili isə deyib ki, I Avropa Oyunları Azərbaycanda yaşayan hər kəsin zövq alacağı və bir hissəsi olmaq istəyəcəyi heyrətamiz idman yarışları olacaq: "Avropa Oyunlarının həm idman, həm də texnoloji baxımdan innovativ idman yarışları olmasını təmin etmək üçün biz texniki imkanlara və texnoloji yeniliklərə malikik".
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info