Ukrayna ordusu Luqansk şəhərinə daxil olub
Tarix: 02.07.2014 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Ölkənin şərqində antiterror əməliyyatı keçirən Ukrayna güc strukturlarının qüvvələri silahlıların əlindəki Luqansk şəhərinə daxil olublar.
Ukrayna saytlarının verdiyi məlumata görə, hərbçilər şəhərə bitişik Metallist qəsəbəsini tam təmizləyib. Daha sonra onlar Kamennobrodsk rayonu tərəfdən şəhərə daxil olublar. Hazırda Kamennobrodskda döyüşlər gedir. Separatçılardan bəzilərinin təslim olduğu bildirilir. Şəhərdə hava həyəcanı verilib, sirenaların səsi eşidilir.
Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov parlamentin bu gün səhər başlayan iclasında əməliyyatın gedişi haqda məlumat verib: “Silahlı Qüvvələr və Milli Qvardiya terrorçulara və cinayətkarlara qarşı fəal hücumları davam etdirir. Bizim hərbçilərimizin fəaliyyəti çox effektiv və yüksək səviyyədədir. Əminəm ki, ordumuzun gücü ilə Donetsk və Luqansk terrorçulardan tam azad ediləcək”.
Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko Donbass probleminin həlli üçün sülh planı irəli sürüb və iyunun 20-də birtərəfli qaydada 1 həftəlik atəşkəs elan edib. Daha sonra atəşkəsin müddəti daha 3 gün uzadılıb. Lakin separatçılar P. Poroşenkonun irəli sürdüyü şərtləri qəbul etməyiblər və Ukrayna prezidenti iyulun 1-nə keçən gecə Silahlı Qüvvələrə və Milli Qvardiyaya hücum əmri verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info