“Azərbaycan insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdən biridir”
Tarix: 02.07.2014 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Müasir dövrün çağırışları destruktiv proseslərə, xüsusilə separatizmə və dini ekstremizmə qarşı daha çevik yanaşmanı və ictimai-siyasi sabitliyin təmin olunması, dövlətçiliyin qorunmasında daha qətiyyətli olmağı tələb edir. Bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı və 2013-2014-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.
Əvvəlcə Prezident İlham Əliyev adından Azərbaycan polisini təbrik edən F.Ələsgərov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasına qətiyyətli addımlar atıb, çətin və şərəfli vəzifələrinin öhdəsindən lazımınca gəlib.
O, hər zaman ictimai asayişin və sabitliyin keşiyində dayanan və Vətənin müdafiəsində qurbanlar verən Azərbaycan polisinin əməyini yüksək qiymətləndirib: "Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Sabitlik inkişafın əsas şərtidir. Bu gün dünyada cərəyan edən təhlükəli proseslər fonunda Azərbaycan insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdən biri hesab olunur. Sabitliyin təmin olunmasında şübhəsiz ki, daxili işlər orqanlarının rolu danılmazdır".
F.Ələsgərov həmçinin qeyd edib ki, son 10 ildə polis əməkdaşlarının sosial müdafiəsinə xüsusi diqqət yetirilib. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 9 sərəncam imzalanıb. Onun sözlərinə görə, bu diqqət və qayğı bundan sonra da davam edəcək.
PA rəsmisi bildirib ki, Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan tələb və vəzifələr daxili işlər orqanları tərəfindən lazımınca yerinə yetirilir, ölkədə cinayətkarlığa qarşı mübarizə böyük peşəkarlıqla həyata keçirilir.
O, polis işçilərini peşə bayramı münasibətilə təbrik edib və peşə fəaliyyətlərinin yerinə yetirilməsində uğurlar arzulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info