Bərdədə əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsində mətbuatın rolu müzakirə edilib
Tarix: 02.07.2014 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Bərdə rayonunda nəşr olunan “Bərdə” qəzetinin redaksiyasında “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və baş vermiş fövqəladə hadisələrin aradan qaldırılması ilə əlaqədar qarşıda duran vəzifələr, mülki müdafiə hazırlığının təşkil olunması haqqında mühazirələrin təşkil olunması, mətbuat vasitəsilə insanların maarifləndirilməsi” mövzusunda tədbir keçirib. Tədbirin məqsədi əhalinin fövqəladə hallar sahəsində biliklərinin artırılmasında, onlara baş verə biləcək fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarının aşılanmasında qəzetlərlə əməkdaşlığın müzakirə edilməsi olub.
Tədbirdə baş verə biləcək ekstremal halların qarşısının alınması, təbii və texnogen mənşəli hadisələr baş verərkən ziyanların minimuma endirilməsi üçün əhali ilə mütəmadi aparılan təbliğat işlərinin əhəmiyyətindən, bu məsələlərdə mətbuatın əvəzedilməz rolundan bəhs edilib.
Qarabağ Regional Mərkəzinin əməkdaşları qəzetin yaradıcı kollektivinə təmsil etdikləri qurumun fəaliyyət istiqamətləri, fövqəladə hallar, mülki müdafiə barədə məlumatlar verib, region üçün xarakterik olan təbii fəlakətlər, mövsümi hadisələr, bununla əlaqədar profilaktik tədbirlər və düzgün davranış qaydaları ilə bağlı materialların qəzetdə mütəmadi dərc edilərək, əhalinin diqqətinə çatdırılmasının vacibliyindən danışıblar.
Tədbirdə iştirakçılara FHN tərəfindən hazırlanmış buklet, broşür və plakatlar paylanılıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə FHN-in Qarabağ Regional Mərkəzinin əməkdaşları redaksiya heyətini maraqlandıran sualları cavablandırıblar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info