AMEA-ya Azərbaycan elmi diasporunun nümayəndələri cəlb edilməlidir
Tarix: 02.07.2014 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


“AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nda qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası üçün kadr potensialı məsələsi ən kəskin problemlərdən biri olaraq qalır. Bu problemin həlli yollarından biri AMEA-da elmi işçilərin sayının (təxminən 2-3 min nəfər) əsaslı şəkildə azaldılmasıdır. Onların əvəzinə isə xüsusi şərtlər daxilində xaricdən alimlərin cəlb olunması (hər şeydən əvvəl Azərbaycan elmi diasporunun nümayəndələrini), fəaliyyəti xarici reytinqli elmi dərgilərdə nəşr olunma, müxtəlif qrant müsabiqələrində aktivliyi və beynəlxalq elmi yığıncaqlarda iştirakının yüksək göstəriciləri ilə xarakterizə edilən əməkdaşlar elmdə saxlanılmalıdır. Səmərəli əmək fəaliyyətini stimullaşdırmaq üçün AMEA-da müddətli əmək müqaviləsi əsasında işləyənlərin sayının tədricən artırılması vacibdir. Yeni vakansiyalara müsabiqələr beş il müddətinə əmək müqaviləsinin bağlanmasının göstərilməsi şərti ilə keçirilməlidir. Nəticədə müddətsiz əmək müqavilələrinin bağlanması yalnız akademiyanın yüksək beynəlxalq reytinqli elmi işçilərinə aid olmalıdır. Bununla yanaşı, elmi işin keyfiyyətini yüksəltmək, rəqabət mühitini yaratmaq və mobilliyi artırmaq lazımdır. Bu səbəbdən xüsusilə gənclər arasında gənc mütəxəssislərin fəaliyyətinin stimullaşdırılmasının şərtlərini əks etdirən müqavilələrin bağlanılması məqsədəuyğundur.
Konsepsiyada qeyd olunub ki, AMEA əməkdaşlarının mənzil probleminin həlli məqsədilə tədbirlər planı hazırlanmalıdır. Alimlər üçün müəssisə və ipoteka mənzili tikintisi proqramını daha geniş və qəti şəkildə həyata keçirmək, fərdi ev və yataqxanaların tikintisini genişləndirmək, gənc və dəvət olunmuş mütəxəssislərin mənzil kirayəsi haqqının bir hissəsinin kompensasiya edilməsi üçün vəsait ayrılması həllini gözləyən məsələlərdəndir. Bundan əlavə, AMEA-da mənzil statusunun, mənzil sertifikatının, sosial ipotekanın işlənilməsi və təkmilləşdirilməsi zəruridir. Azad Həmkarlar İttifaqı ilə birgə sosial obyektlərin - alimlər evi, sanatoriya, pansionat, poliklinika və s. obyektlərin akademik şəbəkəsini yaratmaq, ilk növbədə istedadlı, yaradıcı gənclərin peşəkar inkişafına imkan yaradan əlavə maddi resursların axtarışının həyata keçirilməsi vacibdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info