Alimlərin 20%-i 40 yaşa, yarısından çoxu isə təqaüd yaşına çatıb
Tarix: 02.07.2014 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Son illər Azərbaycanda büdcədən ayırmalar hesabına əmək haqlarının artırılması gənclərin elmə cəlb edilməsinə müsbət təsir etsə də, hələ ki elmdə orta nəsil alimlərinin demoqrafik böhranı, yaşlı alimlərin sayı artmaqdadır.
“Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nda qeyd olunub ki, bu durğunluğun əsas səbəbi AMEA-da uzunmüddətli kadr sabitliyinin olmasıdır. Nəticədə AMEA alimlərinin 20%-i 40 yaşa, yarısından çoxu isə təqaüd yaşına çatıb.
Əməkdaşların təqaüdlə təminatının qənaətbəxş olmaması vəziyyəti daha da çətinləşdirir. İşdən azad edilməsi mexanizminin olmaması isə gənc elmi işçilərin karyera pilləsində irəliləyişinə maneə törədir. Bu gün cəmiyyətdə, xüsusilə onun gənclər təbəqəsində AMEA-nın müsbət simasının bərqərar olması mühüm məsələ kimi qarşıya qoyulmalıdır. Özəl sektorda və ali məktəblərdə yüksək əməkhaqqının olması fəal gəncləri elmdən daha çox oraya cəlb edir. Gənc alimləri elmə yönəltmək üçün dövlət tərəfindən təqaüd və qrant şəklində əlavə stimulların təsis edilməsi məqsədəuyğun olardı.
AMEA-da kadr tərkibinin yaxşılaşdırılması üçün bəzi tədbirlərin həyata keçirilməsi vacib məsələlərdəndir. Bunlara cəmiyyətdə elmi əməyin nüfuzunun bərpası, onun ənənəvi yüksək məvaciblər təmini, ali məktəb və akademiya elminin inteqrasiya prosesinin intensivləşdirilməsi, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində magistraturanı başa vuran gəncləri AMEA-da güzəştli şərtlərlə işləməsi üçün AMEA və Təhsil Nazirliyi arasında razılığın əldə edilməsi daxildir. Bundan əlavə, alimlərin tədqiqatlarının himayə edilməsi məqsədilə müxtəlif fondların yaradılması, gənc elmlər doktorları və fəlsəfə doktorlarına elmi tədqiqatların himayə edilməsi məqsədilə Prezident qrantlarının verilməsi, gənc mütəxəssislərin kontrakt üsulu ilə işə götürülməsi, AMEA-da fəaliyyət göstərən gənc ali və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara cəlb etmək məqsədilə onlar üçün Azərbaycan alimlərinin adına medal diplom və digər mükafatların təsis edilməsi, AMEA-da doktorantura sisteminin saxlanılması və magistraturanın tətbiqi, fəlsəfə və elmlər doktorantların hazırlanması üzrə yeni konsepsiyanın işlənilməsi, magistraturada, doktoranturada təhsil alan gənclərə möhlət hüququnun verilməsi kadr tərkibinin yaxşılaşdırılmasına xidmət edər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycanla İran və İndoneziya arasında əməkldaşlığa dair fikir mübadilələri aparılıb
19.06.2019
Bank mütəxəssis axtarır
19.06.2019
“Paşa Sığorta” işçi axtarır
19.06.2019
“Veysəloğlu” işçi axtarır
19.06.2019
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info