Elmin İnkişafı Fondu qrant müsabiqələrində qalib olmuş layihələrin monitorinqinə başlayıb
Tarix: 02.07.2014 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qrant müsabiqələrində qalib olmuş müxtəlif xarakterli layihələrin monitorinqinə başlayıb. Monitorinqlərin keçirilməsində məqsəd elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün ayrılmış vəsaitlərin səmərəli istifadəsinin artırılması, Azərbaycanda alınmış elmi nəticələrin dünya elmi ictimaiyyətinə çatdırılması, nəticələrin nüfuzlu jurnallarda nəşrinə nail olunması, bu işlərə olan elmi istinadların statistikasının araşdırılması, qrantlar üzrə hesabatlarda şəffaflığın təmin edilməsi kimi məsələlərdir. Monitorinqin digər bir məqsədi isə qrant maliyyələşdirilməsi çərçivəsində Fond tərəfindən alınaraq layihələr üzrə istifadəyə verilmiş xüsusi elmi cihaz, avadanlıq və qurğuların, həmçinin İKT və digər avadanlıqların istifadə dərəcəsini müəyyənləşdirmək, mümkün problemlərin aradan qaldırılmasıdır. Bu məqsədlə Fond avadanlıqlar verilmiş elmi müəssisələrdə razılaşdırılmış səyyar monitorinqlər də aparacaq. Monitorinqlərin nəticələri ümumiləşdirilərək gələcək fəaliyyətdə nəzərə alınacaq. Elmin flaqmanı olan AMEA-da birgə monitorinqlərin keçirilməsi razılaşdırılıb.
Monitorinq zamanı elmi nəticələrin nəşr və aprobasiya dərəcəsi də aydınlaşdırılacaq. Beynəlxalq tələblərə uyğun olaraq, layihələrin nəticələri üzrə dərc olunmuş məqalənin və ya hər hansı elmi əsərin sonunda elmi-tədqiqat işlərinin Fondun qrantı tərəfindən dəstəklənməsi və qrantın nömrəsi haqqında məlumat verilir. Fond bir qayda olaraq məqalələrin inkişaf etmiş ölkələrdə nəşr olunan yüksək impakt faktorlu jurnallarda dərcinə üstünlük verir. Bu nəticələr qrant iddiaçılarının növbəti müsabiqələrdə iştirakı zamanı nəzərə alınacaq.
Monitorinqlər layihələr üzrə icra məsuliyyətinin artırılmasına, qrant layihələrinin müəlliflərinin öz işlərində daha diqqətli və peşəkar olmalarına yardım edəcək. Monitorinq ölkədə elmin inkişafı üçün nəzərdə tutulmuş və Fond tərəfindən ayrılmış vəsaitlərin öz təyinatı üzrə istifadəsinə nəzarət olmaqla yanaşı, qrant maliyyələşdirliməsi mexanizminin təkmilləşdirilməsinə də kömək edəcək.

Nigar






 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info